- Göz önü
- 8 İyun 2022 16:39
- 8 609
Baş prokuror Masallıda vətəndaş qəbulu keçirəcək
Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib
Baş prokuror Kamran Əliyev iyunun 17-i saat 10:00-da Masallı Rayon Prokurorluğunun inzibati binasında Masallı, Cəlilabad və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Masallı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən baş tutacaq: "Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər".