- Göz önü
- 22 Dekabr 2022 20:27
- 19 501
"Fuad Nəcəfli bizim məktəbin yetirməsidir" - Elxan Şükürlünün dəyərləndirməsi
"Prezident İlham Əliyev bu gün Fuad Nəcəflini Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndə təyin edib. Jurnalist dostlarımızın çoxsaylı sorğusuna cavab olaraq, bidirirəm ki, Fuad Nəcəfli bizim dogma Kolanı kənd məktəbinin layiqli yetirmələrindəndir. Çox gözəl, olduqca tərbiyəli bir ailədə doğulub, böyüyüb; təmiz və dürüst, hər hansı siyasi oyunlarda iştirak etməyən, adı hər hansı rüşvət və korrupsiya qalmaqllarında hallanmayan yüksək ixtisaslı bacarıqlı kadrdır. Zəngin daxili mədəniyyəti, kübar davranışlarıyla həmişə seçilib, fərqlənib".
Bu barədə, tanınmış jurnalist və Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü danışıb.
O, sözlərinə belə davam edib:
"Əminəm ki, Fuad Nəcəfli ona göstərilən bu yüksək etimadı layiqincə doğruldaraq, həmişəki nümunəvi davranışları, xalqa canıyananlığı, şəffaf və dürüst fəaliyyəti ilə dogma kəndimiz Kolanının, rayonumuz Şahbuzun və bütövlükdə Naxçıvanın əzəmətli adına hörmət gətirən parlaq simalardan biri olacaq.
Bu təyinat cəmiyyətə həm də o mesajdır ki, Azərbaycan dövlətçiliyinin beşiyi sayılan Naxçıvanımızın onun həmişəki əzəmətli və qüdrətli adını batıran idbar sifətlilərdən, mafiyalaşmış tayfa-klan sistemindən də, nəhayət ki, birdəfəlik qurtulması prosesinə başlanacaq.
Fuad Nəcəflini olduqca çətin, ağır, ancaq həm də şərəfli bir missiya gözləyir. O, yaxşı anlayır ki, xalqa yaxın olduqca, xalq da dağ olub onun arxasında duracaq, onu bütün çətinliklərdən və təzyiqlərdən qoruyacaq"!
"Onu təbrik edir, bütün Naxçıvan camaatı üçün “Xeyrli, uğurlu olsun!” deyirəm. Allah onu da, onu təyin edəni də, illərdir əziyyət çəkən camaatımızı da məyus etməsin!"- deyə E.Şükürlü sözlərini tamamlayıb.
AzNews.az