Ölkə rəhbəri Azərbaycan Ordusunu dünyanın 50 ən güclü ordusu sırasına qaldırdı... Ölkə rəhbəri Azərbaycan Ordusunu dünyanın 50 ən güclü ordusu sırasına qaldırdı...
  • Tribuna
  • 15 Oktyabr 2018 16:40
  •  1 201

"Bu gün deməyə sözümüz, səsimiz var" - Millət vəkili

Ölkə rəhbəri Azərbaycan Ordusunu dünyanın 50 ən güclü ordusu sırasına qaldırdı...

“Cənab İlham Əliyev Prezident seçilən gün adiçmə mərasimində dedi ki, mən hər bir azərbaycanlının Prezidenti olacağam. Bunun özü cəmiyyətə bir mesaj idi”. Bunu açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, cənab Prezident dediyi sözü həyata keçirib: “2003-cü ildən bu günə qədər Azərbaycanda bütün sahələrdə, istiqamətlərdə - iqtisadiyyatda, mədəniyyətdə, elmdə, təhsildə, idmanda və s. böyük inkişaf baş verdi. Xüsusilə siyasətdə, xarici siyasətdə, diplomatiyada, görülən işlər onu deməyə əsas verir ki, cənab Prezident 2003-cü ildə içdiyi anda, dediyi sözə sadiq qaldı. Ölkə başçısı daha sonra dedi ki, bizim siyasətimiz bizim elə işimizdir. Yəni siyasətimizin göstəricisi bizim işimizdir. Gördüyümüz işlər bizim fəaliyyətimizi təsdiq edir. Azərbaycanda olan uğurlar haqqında xeyli danışmaq olar. Cənab Prezidentimiz bu illər ərzində Azərbaycanımızı kosmos dövləti etdi. Ölkə rəhbəri Azərbaycan Ordusunu dünyanın 50 ən güclü ordusu sırasına qaldırdı.

Cənab Prezident Azərbaycanımızı dünyada tolerant bir dövlət kimi tanıtdı. Dövlət başçısı elə bir inkişaf proqramı götürdü ki, Azərbaycanı təkcə neft-qaz amilindən asılı vəziyyətə qoymadı və şaxələnmiş iqtisadiyyat yaratdı. Bu gün o uğurla nəticələrini göstərir. Yəni Azərbaycan cənab Prezidentimizin apardığı çox uğurlu daxili və xarici nəticəsində (ərazimizin, əhali sayımızın o qədər də böyük olmasına baxmayaraq) bu gün dünyada aparıcı dövlətlər sırasına çıxıb. Bu gün deməyə sözümüz, səsimiz var. Bu gün ölkə başçısının uğurlarıdır və gördüyü işlərin nəticəsidir”. (sia.az)

© AzNews.az