“Bu layihədən gələcək gəlirlər iqtisadiyyatın güclənməsinə xidmət edəcək” “Bu layihədən gələcək gəlirlər iqtisadiyyatın güclənməsinə xidmət edəcək”
  • Tribuna
  • 19 Oktyabr 2018 16:47
  •  1 915

"STAR" həm siyasi, həm də iqtisadi layihədir"

“Bu layihədən gələcək gəlirlər iqtisadiyyatın güclənməsinə xidmət edəcək”

“Bu gün açılışı olacaq STAR neft ayırma zavodunun Türkiyədə tikilməsi həm siyasi, həm də iqtisadi əhəmiyyətə malik bir layihədir”. Bunu millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Türkiyə əvvəllər Azərbaycana sərmayə yatıran əsas sərmayədar idisə artıq bu gün Azərbaycan Türkiyənin iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyan ölkələrdən birisinə çevrilib: “STAR zavodunun açılışı Türkiyədə neft məhsullarına olan tələbatı ödəyərək Türkiyə iqtisadiyyatına gəlir gətirməklə yanaşı Azərbaycan üçün də böyük əhəmiyyətə malikdir. Birinci olaraq qeyd etmək istəyirəm ki, böyük həcimdə sərmayə tutumuna malik STAR zavodu Azərbaycan-Türkiyə strateji əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Bununla yanaşı Azərabycan iqtisadiyyatına millyardlarla dollar gəlir gətirəcəkdir. Zavodun açılmasının birinci 5 ilində Azərbaycana hər il 850 milyon dollar, sonrakı 10 ilin isə hər ili 600 milyon dollar gəlir gətirəcək, həm də Azərbaycan neftinin ixrac olunacaq yeni həcim kimi də qeyd etmək olar. STAR zavodundan gələcək gəlirlər Azərbaycan iqtisadiyyatının güclənməsinə xidmət edəcəkdir”.

© AzNews.az