“Çünki həmin pullar xalqın, dövlətin puludur” “Çünki həmin pullar xalqın, dövlətin puludur”
  • Tribuna
  • 14 Noyabr 2018 16:42
  •  2 915

“Fazil Məmmədovun, Rüfət Aslanlının mülkləri satılsın, şəhid vərəsələrinə verilsin!” - Fəzail Ağamalı

“Çünki həmin pullar xalqın, dövlətin puludur”

“Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə 24 min insan şəhid olub. Onlar evini, maşınını satıb ov tüfəngi, avtomat alaraq ermənilərə qarşı döyüşərək şəhid olublar.

Şəhid olanların hər birinə 11 min manat birdəfəlik ödəmə verilsə, bu, 264 milyon manat edir. Dövlət büdcəsində müəyyən problemlərin, məhdudiyyətlərin olduğunu bilirik”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

O, bildirib: “Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin Londonda olan mülkləri, sabiq vergilər naziri Fazil Məmmədovun, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sabiq sədri Rüfət Aslanlının mülkləri, obyektləri, maşın kolleksiyaları satışa çıxarılsın, həmin mülklərin pulları vətən yolunda şəhid olan insanların vərəsələrinə verilsin. Çünki həmin pullar xalqın, dövlətin puludur. Bu barədə düşünmək vacibdir”.

Elgün
AzNews.az