"Avropa ölkələrinə getməyimlə bağlı heç bir qadağa yoxdur. İstədiyim zaman gedib-gəlirəm". "Avropa ölkələrinə getməyimlə bağlı heç bir qadağa yoxdur. İstədiyim zaman gedib-gəlirəm".
  • Tribuna
  • 8 Dekabr 2018 15:07
  •  2 479

"Avropaya getməyimlə bağlı heç bir qadağa yoxdur" - Elxan Süleymanov

"Avropa ölkələrinə getməyimlə bağlı heç bir qadağa yoxdur. İstədiyim zaman gedib-gəlirəm".

AzNews.az xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin keçmiş üzvü Elxan Süleymanov bildirib.

Deputat deyib ki, onun Avropa institutları ilə münasibətlərində də problemlər yoxdur:

"Hər şey yaxşıdır, mən Avropa Şurasının iclaslarına qatılmasam da, orada Azərbaycan nümayəndə heyəti təmsil olunur. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin üzvləri çox səmərəli işləyirlər, Avropa Şurası ilə yaxşı əməkdaşlıq edirlər. Mən onların hər birinə uğurlar arzu edirəm".

Xatırladaq ki, 2018-ci ilin yanvar ayında Milli Məclisin deputatları Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılıb.

AzNews.az