Onun iradəsi, siyasi səriştəsi, dünya müstəvisində nəhəng liderlərdən biri olması nəticəsində biz bu gün onu yad edirik. Onun iradəsi, siyasi səriştəsi, dünya müstəvisində nəhəng liderlərdən biri olması nəticəsində biz bu gün onu yad edirik.
  • Tribuna
  • 12 Dekabr 2018 10:56
  •  2 696

Heydər Əliyev siyasi iradəsi ilə böyük dövlətləri inandıra bildi ki...

Onun iradəsi, siyasi səriştəsi, dünya müstəvisində nəhəng liderlərdən biri olması nəticəsində biz bu gün onu yad edirik.

“Heydər Əliyev qaldırdığı hər hansı bir məsələnin həlli üçün sona qədər qətiyyətlə çalışırdı”.

Bunu AzNews.az-a açıqlamasında vaxtilə Heydər Əliyevlə çalışmış sabiq maliyyə naziri Fikrət Yusifov dedi.

Onun sözlərinə görə, Heydər Əliyev hər mənada uzaqgörən bir şəxsiyyət olub. O, həm daxili, həm də xarici siyasətdə hər zaman yüksək səriştə və peşəkarlıq nümayiş etdirib:

“Heydər Əliyev qaldırdığı hər hansı bir məsələnin həlli üçün sona qədər qətiyyətlə çalışırdı. Məsələn, 1994-cü ildə Azərbaycanda ictimai-siyasi vəziyyət kifayət qədər qeyri-sabit idi. Məhz belə bir şəraitdə Heydər Əliyev “Əsrin Müqaviləsi”ni imzalamaqla Azərbaycana milyardlarla vəsaitin gəlişini təmin etdi. Öz siyasi iradəsi, nüfuzu ilə böyük, lider dövlətləri inandıra bildi ki, Azərbaycanın gələcəyi çox yaxşı və uğurlu olacaq”.

Sabiq nazir bildirdi ki, Heydər Əliyev praktik olaraq sıfırdan hər şey yarada biləcək qədər liderlik xüsusiyyətinə malik idi. Onun iradəsi, siyasi səriştəsi, dünya müstəvisində nəhəng liderlərdən biri olması nəticəsində biz bu gün onu yad edirik:

“Heydər Əliyev bir məsələnin həllində heç vaxt həvəssizlik nümayiş etdirmirdi. Sadəcə olaraq, məsələni təmkinlə araşdırırdı, hər tərəfini öyrənirdi, təhlil edirdi, hər kəsin fikrinə hörmətlə yanaşırdı. Yekunda isə bir qayda olaraq doğru qərar verirdi.

Heydər Əliyev dahi idi. Onun dahiliyi fəaliyyətinin bütün istiqamətində, hər addımında özünü göstərirdi. Biz maliyyəçi idik. Müzakirə etdiyimiz məsələni hərtərəfli araşdırandan sonra bəzən bizə elə suallar verirdi ki, biz heç öz aramızda o sualı bir-birimizə verməmişdik. Bütün bunlar Heydər Əliyevin dahiliyindən, uzaqgörənliyindən, məntiqinin dərinliyindən və idarəçilik bacarığının yüksəkliyindən irəli gəlirdi”.

Qeyd edək ki, bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Elgün MƏNSİMOV

AzNews.az