“Heydər Əliyev Azərbaycana dünya perspektivi verərək, onun müstəqilliyini təmin etdi”. “Heydər Əliyev Azərbaycana dünya perspektivi verərək, onun müstəqilliyini təmin etdi”.
  • Tribuna
  • 12 Dekabr 2018 17:00
  •  2 666

“Heydər Əliyev dünya səviyyəli bir liderdir” - İrfan Çiftçi

“Heydər Əliyev Azərbaycana dünya perspektivi verərək, onun müstəqilliyini təmin etdi”.

Bu sözləri AzNews.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi dedi.

Onun sözlərinə görə, Yeni Azərbaycanın qurucusu, yəni müstəqillikdən sonra Azərbaycanı yenidən quran ulu öndər Heydər Əliyev dünya səviyyəsində bir liderdir:

“Bu, bir iddia deyil, məlum olan faktdır. Heydər Əliyev soyuq müharibə dönəminin iki böyük imperatorluğundan, dünyanı yönəldən iki böyük parçadan birini idarə etmiş önəmli, çox böyük dövlət adamlarından biri idi. Heydər Əliyev bu təcrübəsi ilə yenidən qurduğu Azərbaycanı qısa zamanda sabitliyə qovuşdurdu və ona dünya perspektivi verərək, gerçək anlamda müstəqil olmasını təmin etdi”.

Türkiyəli müşavir qeyd etdi ki, bu gün Azərbaycan dünyada postsovet ölkələrinin əksəriyyətindən daha çox yer tutan bir ölkədir. Bunun da ən önəmli səbəbi ulu öndərin sağlam və öz içinə qapalı bir ölkə kimi deyil, dünya perspektivini göz önünə alaraq, onu qarşısına hədəf qoyaraq, onunla inteqrasiya edərək formalaşan dövlət və siyasət fəlsəfəsidir:

“Bunun nəticəsində bu gün Azərbaycan dünyada sayılan dövlətlərdən biri oldu. Statistikaya baxarkən istər iqtisadi, istər ordu quruculuğu baxımından dünyanın ilk 50 ölkəsi arasında, bəzən isə 25-30-cu sırada artıq Azərbaycan var. Bu sağlam quruculuq istiqamətində Heydər Əliyevin dövlət və quruculuq fəlsəfəsinin, Böyük Azərbaycan ideyalarının, siyasətinin, strategiyasının daha çox anlaşılması, elmi olaraq tətqiq edilməsi lazımdır. Eyni zamanda, bunları dünya ədəbiyyatına da qazandırmaq lazımdır. Yəni bundan sonra Heydər Əliyevlə bağlı dünyada yayımlar edilməlidir. Bu dahi şəxsiyyəti, onun fəlsəfəsini dünyaya açmaq lazımdır. Çünki Ruzvelt kimi, Atatürk kimi dünyanın ondan öyrənəcəyi çox şeylər var. Bu baxımdan, Heydər Əliyev haqqında dünyanın fərqli dillərində universitetlərdən, akademiyalardan yayımlar edilməli, tanıdılmalıdır”.

İ.Çifftçi “Bu gün Heydər Əliyevi dərin rəğbətlə anırıq, onun varlığı bu gün də davam edir” deyə, fikrini tamamladı.

Elgün MƏNSİMOV
AzNews.az