"Qanunvericilikdəki bu cəzalar əhəmiyyətini itirib". "Qanunvericilikdəki bu cəzalar əhəmiyyətini itirib".
  • Tribuna
  • 17 Dekabr 2018 11:27
  •  2 182

“Radarlarla bağlı cərimə ləğv edilsin” - Deputatdan təklif

"Qanunvericilikdəki bu cəzalar əhəmiyyətini itirib".

"Radarlarla bağlı tətbiq edilən cərimələr ləğv edilsin. Çünki qanunvericilikdəki bu cəzalar əhəmiyyətini itirib”.

Belə təkliflə deputat Tahir Kərimli çıxış edib. O xatırladıb ki, sürücülər mobil proqramlar vasitəsilə radarların yerini müəyyən edə bilirlər: "Radarın harada olduğunu bilən sürücü də sürət həddini aşağı salır. O zaman qanunvericilikdəki həmin cəzaların nə əhəmiyyəti var?! Təklif edirəm ki, İnzibati Xətalar Məcəlləsindən həmin müddəalar çıxarılsın”.

Millət vəkili bəzi müddəalarda cəzaların sərtləşdirilməli olduğunu qeyd edib: "Piyadalar telefonla danışa-danışa yolu keçirlər, baxmırlar ki, maşın gəlir. O, bur dəfə 50 manat cərimə olunsa, daha qaydanı da pozmaz. Şəhərdə sürücülər yersiz siqnal verirlər, bunun qarşısını almaq üçün cəzalar sərtləşdirilməlidir. Yaşayış binalarının yaxınlığında tıxac olanda orada yaşayanlar yata bilmirlər”.

T. Kərimli dayanma-durma qaydalarını pozanlarla bağlı da cərimələrin artırılmalı olduğunu düşünür.(bakupost.az)

© AzNews.az