Azərbaycan milləti, onun istənilən bir üzvü istənilən vaxt ermənini cəzalandıra bilər. Azərbaycan milləti, onun istənilən bir üzvü istənilən vaxt ermənini cəzalandıra bilər.
  • Tribuna
  • 17 Dekabr 2018 15:25
  •  2 679

Şəhidlərə çamur atanların genetik kodlarında anti Azərbaycan elementləri var

Azərbaycan milləti, onun istənilən bir üzvü istənilən vaxt ermənini cəzalandıra bilər.

“Milli Qəhrəmanın statusu haqqında ayrıca bir qanunun olması yenidən gündəmə gələrsə, hər bir deputat onu məmnuniyyətlə qəbul edər”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli dedi.

Onun sözlərinə görə, bu gün şəhid və Milli Qəhrəmanların statusunu müəyyən edən, eyni zamanda Qarabağla bağlı kifayət qədər ciddi addımlar atılır. Bu istiqamətdə çoxlu qanunlar qəbul edilib:

“Amma sırf Milli Qəhrəmanın statusu haqqında ayrıca bir qanunun olmasına gəldikdə, bəli, əgər bu barədə Milli Məclisə müraciət olunarsa, məsələ yenidən gündəmə gələrsə, hər bir deputat məmnuniyyətlə qəbul edər. Milli Qəhrəmanlar ən yüksək statusa malik olan şəxslərdir. Bu gün onların kifayət qədər statusları var, adları əbədiləşdirilir, ailə üzvlərinə kifayət qədər qayğı göstərilir”.

Deputat eyni zamanda vuğuladı ki, Milli Qəhrəmanı hər hansı bir formada təhqir etməyə qadir olan şəxslərin genetik kodunda problem var. Amma belələri ictimai rəy qarşısında öz layiqli cavablarını alırlar. Bundan ötrü ayrıca bir qanuna gərək yoxdur:

“Hər kəs öz fikrini sərbəst şəkildə ifadə edir, kimi istəyir təhqir edə bilir. Əlbəttə ki, müəyyən xəttə qədər. Əslində, bu xarakterli təhqirləri, çıxışları işıqlandıran, ictimailəşdirən saytlar, qəzetlərlə bağlı bir qanun olmalıdır ki, belələrini çıxarıb insanlara təqdim etməsinlər. Ona görə də informasiya məkanındakı bu cəzasızlıq mühiti, nəticədə cəmiyyətdə müəyyən ajiotajın yaranmasına səbəb olur”.

F.İbrahimli bu günlərdə Milli Qəhrəman Mübariz İbrahimovun bir qadın tərəfindən hədəf götürülməsini isə belə izah etdi:

“Mübariz Azərbaycanda milli ruhun oyanışının bir müjdəçisidir. Onun adını çəkən hər bir şəxs məsuliyyət daşımalıdır. Qarabağ məsələsində erməni tərəfi elə bilirdi ki, Azərbaycan artıq sükutdadır, amma Mübariz İbrahimov bu sükutu pozdu. Göstərdi ki, nəinki bu millət, onun istənilən bir üzvü istənilən vaxt ermənini cəzalandıra bilər. Ümumiyyətlə, milli qəhrəmanlara, şəhidlərə hər hansı bir formada çamur atanların özlərinin psixoloji problemləri və genetik kodlarında anti Azərbaycan elementləri var”.

Elgün
AzNews.az