“Bu gün təhsildə əsas problem repetitor məsələsidir". “Bu gün təhsildə əsas problem repetitor məsələsidir".
  • Tribuna
  • 18 Dekabr 2018 14:42
  •  2 801

"Bunları həll etmədən, ciddi dəyişikliyə nail olmayacağıq" - Qüdrət Həsənquliyev

“Bu gün təhsildə əsas problem repetitor məsələsidir".

"Lakin "Ümumi təhsil haqqında” qanunda bununla bağlı heç bir müddəa yer almayıb. Bu gün kim repetitor yanına getmir, demək olar ki, o, ali məktəbə daxil olmur. Bu gün ali məktəbə qəbul olanlar arasında barmaqla sayılacaq qədər tələbə var ki, o repetitor yanına getməyib”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev "Ümumi təhsil haqqında” qanun layihəsinin Milli Məclisdə birinci oxunuşunun müzakirəsi zamanı deyib:

“Bəzən valideynlər öz uşaqlarını lazımı qidalandırmır, amma onları müəllim yanına hazırlığa göndərir. Bunun qarşısının alınması üçün müəllimlərin maaşı qaldırılmalıdır. Əgər repetitorluq dövlət tərəfindən qəbul olunursa, o zaman qanuda nəzərdə tutulmalıdır. Yox əgər qəbul olunmursa, o zaman bunun həlli tapılmalıdır”.

Q. Həsənquliyev deyib ki, ikinövbəli məktəblər olmalıdır:

“Avropada iki növbəli tədris ləğv olunub. Əgər məktəb çatışmazlığı varsa, o zaman yeni məktəblər tikilməlidir. Bu məsələləri həll etmədən ciddi dəyişiklərə nail ola bilməyəcəyik”.

Deputatın sözlərinə görə, Azərbaycan ali təhsil müəssisələrinin sayına görə, region dövlətlərindən geri qalır:

“Azərbaycanda ali məktəblərə qəbul sadələşdirilməlidir. Ali məktəbə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsasənda həyata keçirilməlidir. Əgər bu həll olunarsa, o zaman repetitorla bağlı məsələlər həllini tapacaq. Əks halda, ciddi qanunlar qəbul olunsa da müsbət nəticəyə nail ola bilməyəcəyik”.

Elgün
AzNews.az