"Son günlər baş verənlər Azərbaycana olan qərəzli münasibətin göstəricisidir”. "Son günlər baş verənlər Azərbaycana olan qərəzli münasibətin göstəricisidir”.
  • Tribuna
  • 10 Yanvar 2019 17:45
  •  2 978

”Onun ölümünü istəyirlər” - Aynur Camalqızı

"Son günlər baş verənlər Azərbaycana olan qərəzli münasibətin göstəricisidir”.

Bunu "Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı deyib.

Holdinq rəhbəri bildirib ki, Ermənistanda digər ölkələrlə, o cümlədən Azərbaycanla müqayisəyəgəlməz formada dəhşətli hadisələr baş verib. İnsanların dinc aksiyası qanla yatırılıb, əhaliyə işgəncə verilib. Amma heç vaxt işğalçı ölkəyə bu cür adekvat münasibət göstərilməyib:

"Avropa ölkələrində az qala hər gün şahidi oluruq ki, dinc aksiya keçirmək məqsədi ilə küçələrə çıxan insanlara polis necə divan tutur, döyür. Avropada hansısa yazısına görə həbsə atılan nə qədər bloqer var. Ancaq həmin şəxslərin adları heç zaman beynəlxalq təşkilatların hesabatında öz əksini tapmır, siyasi məhbus kimi dəyərləndirilmir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların Azərbaycandakı əlaltıları olan "5-ci kolon”un "fəaliyyəti” nəticəsində ölkəmizlə bağlı hər şey qara rəngdə göstərilməyə cəhd edilir. Məsələn, Mehman Hüseynov olayını misal gətirmək istəyirəm. Bu arada həbsxanaya gedərək Mehman Hüseynovla görüşən hüquq müdafiəçilərinə öz təşəkkürümü bildirirəm. Onlar bu addımlarıyla bir çox məsələyə aydınlıq gətirmiş oldular. Antimilli qüvvələrin apardığı qarayaxma kampaniyası nəticəsində radikal müxalif düşərgəyə aidiyyəti olmayan insanlarda belə M.Hüseynovla bağlı müəmmalı, yanlış informasiya vardı, adamlar düşünürdü ki, görəsən, həbsxanada nə baş verir, ona qarşı hansısa haqsızlıq edilirmi və s. hüquq müdafiəçiləri həbxsanaya gedib Mehmanla görüşəndən və onun fotosunu paylaşandan, Mehmanın öz razılığı ilə həbsdə gördükləri barədə açıqlamalar verəndən sonra hər kəs üçün əsl həqiqət ortaya çıxdı. Hamı bildi ki, orada qeyri-adi heç nə baş verməyib. Həbsxanada baş vermiş olayda əslində Mehmanın özü günahkardır. Həbsxana qaydalarına görə, həbsdə olan məhbusun cibində yüksək məbləğdə pul olmamalıdır. Bu pulu məhbus həyatı yaşayan şəxs haradan və necə əldə edib?!”.

A.Camalqızı bəyan edib ki, M. Hüseynovun sosial mediada yayılan fotosu baş verənlərə aydınlıq gətirilməsinə yardım etdi:

"O, heç də günlərlə ac qalmış, heydən düşmüş, xəstə görkəmli, acınacaqlı durumda deyildi. Hətta azadlıqdakı görünüşündən qat-qat yaxşı vəziyyətdə idi. Bütün yaşananlar göstərdi ki, bu, radikal müxalifətin yaratdığı süni və şişirdilmiş kampaniyadır. Əslində onlar istəyirlər ki, Mehman Hüseynov həqiqətən də aclıq aksiyası keçirsin, aclığı sonadək davam etdirsin. Hətta deyərdim ki, bu gəncin məhvinə belə razı idilər. Çünki məqsəd öz çirkin niyyətlərini reallaşdırmaq, beynəlxalq təşkilatlar qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməkdir. Buna görə Mehman kimi gəncləri belə qurban verməyə hazırdılar. Onun ölümünü istəyirlər. Çox təəssüflər olsun ki, bu prosesdə ən aktiv rol oynayanlar arasında onun ailə üzvləri də vardı. Avropada yaşayan qardaşı Emin Hüseynov xüsusi canfəşanlıq göstərdi. Təsəvvür edin, qardaşı heç cür razı deyildi ki, Mehman aclığı dayandırsın. Yəni bu qədər absurd və insani münasibətlərə sığmayan bir vəziyyət yaranmışdı. İnsan sadəcə, heyrət və təəssüf edir. Əfsuslar olsun ki, bu cür insanlarla eyni ölkədə yaşayır, eyni havanı uduruq”.

Media rəhbərinin sözlərinə görə, Azərbaycandakı proseslər "5-ci kolon”un yanlış məlumatları ilə beynəlxalq təşkilatlara ötürülür, onlar da həmin yanlışlardan Azərbaycanın əleyhinə gen-bol istifadə edirlər:

"Özlərini radikal müxalifət sayan antiazərbaycan qüvvələrin sifarişini icra edənlərin başlatdığı qarayaxma kampaniyasını media və hüquq müdafiəçilərinin birgə səyləri sayəsində iflasa uğratmaq mümkün oldu. Çünki yalan ayaq tutar yeriməz. Bütün dünyaya nümayiş olundu ki, qanundan kənar heç nə baş verməyib. Yaxşı olardı ki, məsələyə Azərbaycanın ziyalıları da münasibət bildirsinlər. Bilirsiz ki, bir neçə gün əvvəl Əkrəm Əylisli öz müsahibəsində bəyan etmişdi ki, "Azərbaycanda ziyalı yoxdur”. Düşünürəm ki, indiki məqamda bəzilərinin "yox” hesab etdikləri böyük ziyalı ordusunun səsi eşidilməlidir”.(sherg.az)

© AzNews.az