Avropada Azərbaycana qarşı informasiya müharibəsi aparılır. Avropada Azərbaycana qarşı informasiya müharibəsi aparılır.
  • Tribuna
  • 18 Yanvar 2019 17:37
  •  2 167

Deputat AP-ın Azərbaycana qarşı qərəzli qətnaməsinin məkrli hədəfini açıqladı

Avropada Azərbaycana qarşı informasiya müharibəsi aparılır.

"Bu müharibənin arxasında ilk növbədə ciddi təşkilatlanmış erməni diasporu və Azərbaycanın inkişafını istəməyən digər ölkələr dayanır".

Bunu Avropa Parlamentində Azərbaycan əleyhinə qərəzli qətnamənin qəbul olunmasına münasibət bildirərkən millət vəkili Asim Mollazadə söyləyib.

Deputatın sözlərinə görə, çox təəssüf ki, hər bir fürsətdən istifadə edərək Azərbaycana qarşı qarayaxmalar aparılır və bu fonda təzyiqlər edilir:

"Məqsəd erməni azlığının Azərbaycan dövlətinin tərkibində yaşamaq imkanının olmamasını iddia edərək Dağlıq Qarabağı Azərbaycandan ayırmaqdır. Erməni lobbiləri bu müharibəni Avropada mövcud olan siyasi korrupsiya üsullarından istifadə edərək aparır. Azərbaycan mütləq Avropa ictimiyyətini bu siyasi korrupsiya halları ilə bağlı məlumatlandırmalıdır. Ciddi araşdrmalar aparılmalıdır. Erməni təşkilatlarının fəaliyyəti ifşa olunmalıdır.

Mənə elə gəlir ki, informasiya müharibəsini ciddiyə almaq lazımdır. Bu, səngərdə gedən müharibə qədər təhlükəlidir. Azərbaycan bütün gücünü - həm diplomatik, həm parlament diplomatiya üsulları, həm də diasporu səfərbər etməldir. Bir daha qeyd edirəm ki, bütün beynəxalq təşkilatlarda siyasi korrupsiyadan istifadə edərək Azərbaycana qarşı bu müharibə aparılır".(sherg.az)

© AzNews.az