Elə ona görə də o zaman olduğu kimi hücumlar bu gün də də davam edir. Elə ona görə də o zaman olduğu kimi hücumlar bu gün də də davam edir.
  • Tribuna
  • 21 Yanvar 2019 13:15
  •  2 828

“Bu gün Azərbaycanın güclü, müstəqil olması onları qıcıqlandırır” - VİDEO

Elə ona görə də o zaman olduğu kimi hücumlar bu gün də də davam edir.

O zaman insanları küçələrə çıxaran, tankların, zirehli maşınların altına dəvət edən məhəlli liderlərin bir qrupu bu gün də meydandadır. Amma ortada bir neçə fərq var. O zaman hədəf Sovet İttifaqı, imperiya idi. Hamı bilirdi ki, yaxşı halda Moskva Azərbacyanın haqlı tələblərinə qulaq asacaq və Qarabağ Azərbaycanda qalacaq. Pis halda isə SSRİ dağılacaq və Azərbaycan nəhayət müstəqil olacaq. Necə deyərlər o zamankı müxalifətin dağıdıcılıq-tarmar mahiyyəti anlaşılan, hətta təqdirəlayiq idi. Necə dəyərlər, məqsəd vasitəyə bəraət verirdi. Bu gün də meydana çağıran qüvvələr elə həmin o köhnələrdir.

Yenə də eyni qüvvələr insanları, amma bu dəfə də asılı sovet vətəndaşlarını yox, müstəqil Azərbaycan vətəndaşlarını küçələrə, itaətsizliyə, dağıtmağa, çevirməyə çağırır. Amma indi söhbət imperiyadan yox, müstəqil Azərbaycandan gedir. O zaman müvafiq qurumların maliyyələşdirdiyi “Azadlıq” radiosu Azərbaycanın xalq hərəkatını guya dəstəkləyirdi, Mirzə Xəzər ağlamalı səslə matəm reportajları verirdi, 20 yanvara mərsiyələr oxunurdu.

Burda isə azərbaycanlılar Mirzə Xəzərə imamzaman, ya da efirzaman kimi yanaşır, ona yalvarıb-yaxarırdılar. Daha o qovhaqovda heç kimin yadına düşmürdü ki, axı əsas məqsəd Azərbaycanı azad görmək deyil, SSRİ-ni dağıtmaqdır. İndi də təxminən vəziyyət eynidir. Amma Mirzə Xəzərin dili indi Sevinc Osmanqızı, Qənimət Zahid, orduxan, qurban, vidadi kimi damaqların arasındadır. Hədəfdə isə özgə, yad Sovet İttifaqı deyil, özümüzünkü, doğma müstəqil Azərbaycan dövlətidir. Və o zaman SSRİ-nin müstəqilliyinin, qüdrətli olmasının kimlərəsə sərf etmədiyi kimi, bu gün də Azərbaycanın güclü, müstəqil olması, öz iradəsinin sahibi olması regionda, dünyada müəyyən rəqib qruplar və koalisiyaları qıcıqlanıdırır.

Elə ona görə də o zaman olduğu kimi hücumlar bu gün də də davam edir. Avropa Parlamentinin Azərbaycana özülü möhkəm ev yox, Osmanqızına layiq otel, qurbana layiq dırnaqarası qiblə, ac bir mehmanxana kimi yanaşması elə bu baxışların nəticəsidir. İndi bəlkə də bizi romantika aparır deyir, fərqində deyilik, amma xatırlamaq bəd olmazdı, 1990-cı ilin 20 yanvar müdaxiləsinə Amerika Birləşmiş Ştatları da öz töhfəsini vermişdi. Con Kerri başda olmaqla bir qrup Qorbaçovdan tələb etmişdi ki, Azərbaycanda hüquqları qorunan erməniləri müdafiə etməkdə, tədbir görməkdə tələsin. Yəni bu gün baş verənlərlə 20 il əvvəl olanların heç bir strateji fərqi yoxdur. Onda da bir qrup guya Azərbaycana azadlıq arzulayırdı, onda da bir qrup guya Azərbaycanın azad ruhuna dəstək verirdi, amma eyni zamanda onda da bir qrup SSRİ rəhbərliyindən ermənilərə kömək istəyirdi. Yəni fəlsəfə dəyişmir.

© AzNews.az