"Son vaxtlar Azərbaycan müxalifətinin fəallaşması dünyada gedən proseslərdə də özünü göstərir". "Son vaxtlar Azərbaycan müxalifətinin fəallaşması dünyada gedən proseslərdə də özünü göstərir".
  • Tribuna
  • 25 Yanvar 2019 17:54
  •  2 724

Onlar Paşinyana “nəfəslik” açmaq istəyir - Yunus Oğuz

"Son vaxtlar Azərbaycan müxalifətinin fəallaşması dünyada gedən proseslərdə də özünü göstərir".

"Olaylar" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən yazıçı-publisist Yunus Oğuz deyib ki, müxalifətn radikal qanadının indiki situasiyada fəallaşması təsadüfi deyil: "Hərdən düşünürsən ki, radikal müxalifət düşərgəsi niyə məhz indi fəallaşıb. Nə üçün prezident seçkilərində bu qədər fəallaşmadı, ancaq indi aktivləşib?. Məsələ burasındadır ki, Qarabağ məsələsi artıq özünün həll olunma fazasına keçib. Bu mərhələdə həm siyasi, həm hərbi, həm iqtisadi, həm də sosial cəhətdən Nikol Paşinyan küncə sıxılıb. Bu özünü istər beynəlxalq aləmdə, istərsə də daxildə gedən proseslər fonunda göstərir və Nikol Paşinyanı məcbur edirlər ki, Dağlıq Qarabağ problemini həll etsin". Yunus Oğuz deyib ki, Nikol Paşinyanın həm Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşündə, həm də Ağ Ev rəhbəri Donald Trampın ona ünvanlanmış məktubunda bunun işartıları görünür: "Belə bir mərhələdə müəyyən xarici qüvvələr var ki, Azərbaycanda qarışıqlıq yaratmaq, ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Azərbaycanda qarışıqlığı isə heç şübhəsiz ki, radikal müxalifətin əli ilə yaratmağa cəhd edilir. Bununla ona nail olmaq istəyirlər ki, Azərbaycanın başı daxili proseslərə qarışsın və Qarabağ problemi yaddan çıxsın. Hətta Azərbaycanda hakimiyyət çevrilişinə qədər cəhdlər ola bilər. Bu da Paşinyana "nəfəslik" açmaq üçün kifayət qədər vaxt verəcək. Yəni Azərbaycanın başı qarışacaq, müxalifət tərəfindən hakimiyyət uğrunda mübarizə daha da güclənəcək".

Yunus Oğuz deyir ki, burada bəzi beynəlxalq transkorporasiyaların rolu böyükdür və bəzi müxalifət partiyalarına bunun üçün kifayət qədər pul ötürülür: "Keçən müsahibələrimin birində də qeyd etmişdim ki, Azərbaycanı Qarabağ məsələsində "əymək" istəyirlər. Yəni, daxildəki bəzi müxalifət qüvvələrinin əli ilə çalışırlar ki, Azərbaycanı əysinlər və başı daxili proseslərə qarışsın. Əgər onlar normal, sağlam müxalifət olsaydılar, Nikol Paşinyanın, eləcə də Ermənistanın küncə sıxılması ərəfəsində belə bir cəhdlər etməzdilər. Əksinə Azərbaycan dövlətinə dəstək verməli idilər. Təəssüflər olsun ki, bu belə olmadı və beynəlxalq transkorporasiyalar ciddi cəhdlə çalışırlar ki, Azərbaycanın başı qarışsın və Paşinyana "nəfəslik" verilsin".

Yunus Oğuz bildirib ki, son həftələrdə radikal düşərgənin keçirdiyi aksiyalar da həmin ssenarinin tərkib hissəsidir: "Belə bir eyforiya yaranıb ki, hakimiyyətə gəlirik. Əslində bu müxalifətin deyil, qeyd etdiyim kimi beynəlxalq güclər, transkorporasiyaların ssenarisidir. Məqsəd də ondan ibarətdir ki, Azərbaycanın başı qarışsın və Qarabağ məsələsi yaddan çıxsın. Daxildə problemlər, başıpozuqluq yaransın, nəticə etibarilə Nikol Paşinyanla danışıqlara gedilməsin. Əgər Azərbaycanda qarışıqlıq yaranacaqsa, bu zaman artıq rəsmi Bakı Qarabağ məsələsində haqlı və istədiyi mövqeyi ortalığa qoya bilməyəcək".

AzNews.az