"Bu, insanları çaşdırmaqdan başqa bir şey deyil" "Bu, insanları çaşdırmaqdan başqa bir şey deyil"
  • Tribuna
  • 11 Fevral 2019 17:04
  •  3 317

Qubad İbadoğlunun şərhi sadəcə təəssüf doğurur - Elman Babayev

"Bu, insanları çaşdırmaqdan başqa bir şey deyil"

"Qubad İbadoğlu kimi bir iqtisadçının ölkədə minimum əməkhaqqının təxminən 40 faizə yaxın artmasına verdiyi şərh sadəcə təəssüf doğurur. Birincisi, belə çıxır ki, əməkhaqqı qalxanda ödənilən məcburi dövlət sosial sığorta da artır deyə, əməkhaqqını qaldırmaq düz deyil. Bu nə dərəcədə düzgün yanaşmadır?"

AzNews.az xəbər verir ki, bunu ekspert Elman Babayev deyib. Onun sözlərinə görə, sosial sığorta ödənişləri bilavasitə vətəndaşların gələcək pensiya təminatında xüsusi rola malikdir. Burada vətəndaşın itirəcəyi bir şey yoxdur. Əksinə, minimum əmək haqqı artımı istər torpaq mülkiyyətçilərinin, istərsə də fərdi sahibkarların pensiya təminatının daha da gücləndirilməsinə xidmət edəcək:

"Təcrübə göstərir ki, ödənilən cüzi məbləğlər bu kateqoriyadan olanların etibarlı sosial təminatına nail olmaq üçün yetərli olmur. Deməli, artan əməkhaqqı müqabilində vətəndaş öz istehlakını da artırır ki, nəticədə fərdi sahibkar və ya torpaq mülkiyyətçisindən əldə olunan mal və xidmətlərin həcmi artır. Beləliklə, onların gəlirləri artır ki, artan gəlirdən ödənilən sosial sığorta haqqının artması təbiidir və bu hal ancaq və ancaq sosial sığorta ödəyicisinin sosial müdafiəsinin daha güclü təminatına xidmət edir. Bunun da yanlış ifadə olunması insanları çaşdırmaqdan başqa bir şey deyil".

AzNews.az

image description