"Bu, Prezidentin səlahiyyətlərinə daxil olan məsələdir". "Bu, Prezidentin səlahiyyətlərinə daxil olan məsələdir".
  • Tribuna
  • 18 Mart 2019 10:05
  •  2 506

Deputat: “Prezidentin əfv sərəncamı...”

"Bu, Prezidentin səlahiyyətlərinə daxil olan məsələdir".

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması məhkum üzvü olan ailələrin bayram sevincinə əlavə sevinc qatdı.

Bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Millət vəkili Prezident İlham Əliyevin əfv sərəncamı verməsini dövlət başçısının növbəti böyük humanist addımı kimi dəyərləndirib:

"Əfv sərəncamının verilməsi cənab Prezidentin səlahiyyətlərinə daxil olan məsələdir. Bu dəfə də dövlətimizin başçısı böyük humanist addım idi. Məhkum olunmuş insanlar ailələrinə, qohumlarına, dost və tanışlarına qovuşdu. Prezident İlham Əliyev həmin ailələrin Növruz bayramı sevincinə əlavə sevinc qatdı, onlara xoş əhvali-ruhiyyə bəxş etdi. Dünyada insanlara sevinc bəxş etməkdən daha gözəl nə ola bilər ki?"

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.(trend.az)

AzNews.az