Kitablar elə hazırlanmalıdır ki, yüngül olsun Kitablar elə hazırlanmalıdır ki, yüngül olsun

"Nəvələrim məktəbə gedir, onların çantalarını götürə bilmirəm"

Kitablar elə hazırlanmalıdır ki, yüngül olsun

“Bu gedişlə məktəbə gedən uşaqların bel sütunu əyiləcək. Deyirik, xeyri yoxdur. Uşaqların çantalarını götürəndə, hətta atalarının beli əyilir. Bu, nə məcburiyyətdir? Biz də oxumuşuq... Kitablar elə hazırlanmalıdır ki, yüngül olsun. Uşaqları bu qədər yükləmək olmaz”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.

“Fikirləşmək lazımdır. Təhsil Nazirliyi uşaqları qorumalıdır. Nəvələrim məktəbə gedir, onların çantalarını götürə bilmirəm, uşaq necə aparsın. Yeni tədris ilindən bu məsələ həllini tapmalıdır” - deyə deputat əlavə edib.

Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə deyib ki, “dərs yükü” ilə bağlı müzakirələr aparılır.

Elgün

AzNews.az