“Hamı ailəsi ilə bayram edəndə onlar gücləndirilmiş iş rejimində çalışır” “Hamı ailəsi ilə bayram edəndə onlar gücləndirilmiş iş rejimində çalışır”

“Polis və FHN əməkdaşlarının maaşı ən azı 2 dəfə artırılmalıdır” - Qüdrət Həsənquliyev

“Hamı ailəsi ilə bayram edəndə onlar gücləndirilmiş iş rejimində çalışır”

“Biz hər zaman millət vəkilləri olaraq Daxili İşlər Nazirliyindən daha yaxşı və səmərəli fəaliyyət göstərməsini istəyirik. Bu istiqamətdə təkliflər səsləndiririk. Amma mən bu gün başqa bir məsələyə diqqət yetirmək istəyirəm”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, bizim özümüzü hər zaman güvənli və rahat hiss etməyimiz hüquq mühafizə orqanlarının, xüsusilə polisin fəaliyyətindən çox asılıdır. Qüdrət Həsənquliyev əlavə edib ki, polis təkcə cinayətkarlığa qarşı mübarizə aparmır: “Lazım gələndə əsgər kimi dövlətimiz üçün döyüşüb və döyüşəcək. Mənim iki qardaşım da polis olub, onlar həm də müharibə veteranlarıdır. Polis olmaq şərəfli olduğu qədər də, çətin peşədir. Hami ailəsi ilə bayram edəndə onlar gücləndirilmiş iş rejimində çalışır. Gecə yuxunun şirin yerində hadisə yerinə getməli, ailə, dost tədbirlərini bəzən yarımçıq tərk etməli olurlar. Ən əsası ölkənin inkişafı üçün ictimai asayişi və sabitliyi təmin edirlər. Amma gəlin görək, hər zaman həyatına təhlükə ola biləcək, məsələn, cinayət axtarış şöbəsinin zabiti nə qədər maaş alır? Məndə olan məlumata görə 523 manat. Digərləri - yəni polis nəfərləri isə daha az maaş alırlar. Düşünrəm ki, bu kifayət qədər azdır. Biz əgər may ayında büdcəyə baxacağıqsa, çalışmalıyıq ki, mütləq polis əməkdaşlarının əməhaqlarının ən azı 2 dəfə artırılmasına nail olaq. Düşünürəm ki, Daxili İşlər Nazirliyinin özü də bu barədə təşəbbüs göstərməlidir və Nazirlər Kabineti qarşısında bu məsələni qaldırmalıdır.

Özü də təkcə polis əməkdaşlarının yox, hesab edirəm ki, bu gün Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da əməkhaqları olduqca qədər azdır. Məndə olan məlumata görə, orta aylıq əməkhaqqı təqribən 350 manatdır. Mən deputat həmkarlarıma müraciət edirəm. İndiki dövrdə 350 manatla necə yaşamaq və ailə saxlamaq olar? Ona görə də bu strukturlarda çalışan əməkdaşların əməkhaqlarının artırılmasına ciddi ehtiyac var.
Mən sonda Daxili İşlər Nazirliyinin əməkdaşlarına uğurlar arzu edirəm. Hörmətli həmkarlarım tərəfindən müxtəlif məsələlər qaldırıldı. Hesab edirəm ki, onlar da mütləq nəzərə alınacaq. Bəzi məsələlərlə əlaqədar olaraq polis vaxtında ictimaiyyəti məlumatlandıracaq ki, bu da bəzən yersiz və əsassız söz-söhbətlərin yaranmasının qarşısını almış olacaq. Ümumən mən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını qəbul edirəm və onlara uğurlar arzu edirəm”. (baymedia.az)

AzNews.az