"Sabah bütün statistik məlumatları öz veb səhifəmizdə dərc edəcəyik" "Sabah bütün statistik məlumatları öz veb səhifəmizdə dərc edəcəyik"

“Onları daha məsuliyyətli olmağa dəvət edirik” - Anar Bağırov

"Sabah bütün statistik məlumatları öz veb səhifəmizdə dərc edəcəyik"

Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov vəkillərə təzyiq olunması ilə bağlı fikirlərə münasibət bildirib.

A. Bağırov özünün "facebook" səhifəsində yazıb ki, 2018-ci il ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olmuş və barələrində intizam icraatı başlanılmayaraq komissiyaya göndərilməyən xeyli sayda müraciətlər olub: "Yekunda 2018-ci il ərzində Rəyasət Heyətinə ümumilikdə 274 deyil, daha çox şikayətlər daxil olmuşdur, bu isə nəticə etibarı ilə pozuntu müəyyən olunan işlərin faizini daha aşağı salır. Məsələdən xəbəri olmayan, hər-hansı araşdırma aparmadan kiməsə xoşa gəlmək xətrinə fikir söyləyən insanları isə daha məsuliyyətli olmağa dəvət edirik. Manipulyasiya və spekulyasiyalara son qoymaq üçün sabah bütün statistik məlumatları öz veb səhifəmizdə dərc edəcəyik".(e-huquq.az)

AzNews.az