Brüsseldə İlham Əliyevə etiraz edənlər Qarabağ üçün nə ediblər? Brüsseldə İlham Əliyevə etiraz edənlər Qarabağ üçün nə ediblər?
  • Tribuna
  • 16 May 2019 16:38
  •  5 173

Bu, Azərbaycan xalqına qarşı hörmətsizlikdir - Hulusi Kılıç

Brüsseldə İlham Əliyevə etiraz edənlər Qarabağ üçün nə ediblər?

"Can Azərbaycanımızın Prezidenti cənab İlham Əliyevin 13 may Brüsselə səfəri zaman Belçikada yaşayan bəzi müxalif azərbaycanlıların prezidentə qarşı etdiyi hörmətsizlik barədə sosial şəbəkələrdən xəbər tutdum. Onlara Azərbaycanın ümumilli lideri Heydər Əliyevin bu sözlərini xatırlatmaq istəyirəm: Vətənpərvərlik insanın daxili duyğularıdır. Bunlar yoxdursa, o insan mənəviyyətsizdır".

AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentindən ilk “Dostluq ordeni” alan Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr üzrə ümumi koordiantoru Hulusi Kılıç deyib.

O bildirib ki, Brüsseldə Azərbaycan torpaqlarını işğal edən ölkənin rəhbəri Paşinyana qarşı reaksiya göstərmək əvəzinə, cənab prezidentə reaksiya göstərmək Azərbaycan xalqına qarşı hörmətsizlik etməkdir:

"Mən bu insanlardan soruşuram, Qarabağın və işğal altında olan torpaqların geri alınması üçün indiyə qədər nə etmisiz? Sizə Mehmet Akif Ərsoyun “Bayraqları bayraq edən üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa vətəndir” sözlərini xatırlatmaq istəyirəm. Avropa Birliyinin ikili standartlarını, xüsusilə də Azərbaycana qarşı göstərdiyi ikili standartı şiddətlə qınayıram. Azərbaycanımızın torpaq bütünlüyü haqqında şübhələri varsa, BMT-nin dörd qərarına, ATƏT sənədlərinə baxsınlar. Azərbaycanın torpaqları işğaldadır. Bu işğalın tez bir zamanda sona çatmasını və torpaqlarının bütünlüyünün təmin edilməsini gözləyirik. Mən harada oluramsa, Azərbaycanımızı şərəflə təmsil edirəm".

AzNews.az