QMİ sədri: “Birinci vitse-prezidentin iftar süfrələrində iştirakı...”

"Dövlətə dindarlar adından təşəkkürümüzü bildiririk"

"Prezident İlham Əliyevin, xarici dövlətlərin diplomatlarının, bütün dinlərin nümayəndələrinin iftar məclislərində iştirak etməsi dünyaya Azərbaycanda olan tolerantlıq və multikultural həyatı göstərdi".

Bunu "Təzə Pir" məscidindəki Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iftar verməsi, iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz mədəniyyətinə, öz dininə, əqidəsinə, milli ənənəsinə sadiqdir, bu davam edir və bunu inkişaf etdirir. Ona görə dövlətə dindarlar adından təşəkkürümüzü bildiririk", - A.Paşazadə əlavə edib.(report.az)

AzNews.az