Fransanın bir neçə şəhərinin qondarma rejimlə oxşar "dostluq və qardaşlıq” xartiyası imzalaması ölkənin daxili-milli qanunvericiliyinə zidd addım idi Fransanın bir neçə şəhərinin qondarma rejimlə oxşar "dostluq və qardaşlıq” xartiyası imzalaması ölkənin daxili-milli qanunvericiliyinə zidd addım idi
  • Tribuna
  • 8 İyun 2019 14:00
  •  3 162

“Fransa öz daxili qanunlarına hörmətlə yanaşmağa başlayıb”

Fransanın bir neçə şəhərinin qondarma rejimlə oxşar "dostluq və qardaşlıq” xartiyası imzalaması ölkənin daxili-milli qanunvericiliyinə zidd addım idi

"Fransa İnzibati Məhkəməsinin ermənilər əleyhinə çıxardığı qərar bir neçə prizmadan diqqəti cəlb edir”.

Bunu Dövlət İdarəçilik Akademiyasının dossenti, siyasi elmlər namizədi Elşad Mirbəşiroğlu deyib.

Politoloq vurğulayıb ki, 2013-cü ildən bu yana ilk dəfə olaraq belə qərar qəbul verilib:

"Uzun illərdir müxtəlif ölkələrin şirkətləri Azərbaycanın işğal altında olan ərazilərində bu və ya digər formada fəaliyyət göstərirlər. Rəsmi Bakı dəfələrlə məsələni gündəmə gətirərək öz etirazını bildirib.

Son 4-5 il ərzində Fransanın bir sıra vilayətləri və şəhərləri qondarma Dağlıq Qarabağ rejimi ilə "dostluq və qardaşlıq xartiyası”nı imzalayıblar. Azərbaycan tərəfi isə buna qəti narazılığını ifadə edib.

Eyni zamanda Fransa məhkəməsinə müraciət ünvanlayıb. Nəhayət, Fransa İnzibati Məhkəməsi bu cür xartiyalardan birinin ləğvinə qərar verib. Fransa münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe nümayiş etdirməyə başlayıb.

Bu addım Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi kimi qiymətləndirilməlidir. Bir daha qeyd edirəm ki, məhz Azərbaycanın israrı və qaldırdığı iddia əsasında Fransa Məhkəməsi ədalətli qərara imza atıb”.

Ekspert bildirib ki, Fransanın bir neçə şəhərinin qondarma rejimlə oxşar "dostluq və qardaşlıq” xartiyası imzalaması ölkənin daxili-milli qanunvericiliyinə zidd addım idi:

"Xatırladım ki, 2015-ildə Fransanın xarici işlər, beynəlxalq inkişaf və daxili işlər nazirliyi ölkənin şəhər və vilayətlərinə qondarma rejimlə hər hansı əməkdaşlığı qadağan edən sənəd hazırlayıb.

Həmin sənədə əsasən Fransa şəhərlərinin separatçılarla xartiya imzalaması qeyri-qanuni sayılır. İnzibati Məhkəmənin ədalətli qərarı göstərir ki, artıq Fransa öz daxili qanunlarına hörmətlə yanaşmağa başlayıb.

Hesab edirəm ki, bundan sonra belə halların qarşısı alınacaq və mövcud xartiyaların da ləğvini müşahidə edəcəyik.

Düşünürəm ki, bu istiqamətdə qəbul olunan qərar Azərbaycan diplomatiyasının növbəti uğuru olmaqla yanaşı gələcəkdə qondarma rejimlə əməkdaşlıq etmək istəyən digər subyektləri də ciddi düşündürəcək”. (Sherg.az)