"1993-ci ilin iyunun 15-i müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir". "1993-ci ilin iyunun 15-i müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir".
  • Tribuna
  • 10 İyun 2019 13:12
  •  3 470

“15 iyunda Azərbaycan xalqının özünə inamı bərpa edildi”

"1993-ci ilin iyunun 15-i müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir".

Bu sözləri tarix elmləri doktoru, professor Musa Qasımlı 15 iyun Milli Qurtuluş günü ilə bağlı verdiyi açıqlamasında deyib.

O bildirib ki, Azərbayanda xalqın tələbi və Konstitusiyaya uyğun olaraq Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycan dövləti və dövlətçilik tarixində bir sıra yeni prinsipial məsələlərin əsasını qoydu.

Onun sözlərinə görə, ulu öndərin hakimiyyətə qayıdışı daxili siyasətdə hərcmərclikdən, anarxiyadan, vətəndaş qarşıdurmasından imtina edildi, separatçılığın kökü kəsildi.

M.Qasımlı qeyd edib ki, dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə hakimiyyət ilə xalq arasında mövcüd olan uçurum aradan qaldırıldı və hakimiyyət daxilində birlik əldə edilməsindən ötrü ciddi addımlar atıldı: "15 iyun Azərbaycanda ənənəsi olan, dərin dövlətin yaradılmasının başlandığı, müasir, sivil, vətəndaş cəmiyyətli bir dövlətin qurulmasının təməlinin atıldığı gündür. Həmin gün Azərbaycan xalqının özünə inamı bərpa edildi, xalq ruh düşgünlüyündən, gələcəyə olan inamsızlıqdan qurtuldu, dövlətin daha etibarlı olduğuna əmin oldu".

M.Qasımlı deyib ki, bu gün həm də Azərbaycan xarici siyasət tarixində yeni bir mərhələnin başlanğıcı oldu: "Ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycan xalqı onun maraqlarına cavab verməyən təkqütblü xarici siyasətin yeridilməsindən qətiyyətlə imtina etdi, çoxvariantlı, çoxyönlü, çoxqütblü, tarazlaşdırılan xarici siyasət xəttini seçdi. Ölkə xarici siyasətinin başlıca məqsədlərinə xidmət edən tarazlaşdırılan xarici siyasət bir vasitə kimi Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə təsir etdi. 15 iyun eyni zamanda Azərbaycanın beynəlxalq əlaqələrində, xarici siyasətində tamamilə yeni bir keyfiyyət dövrünün başlanğıcı, dönüş anıdır. Mən hesab edirəm ki, bu gün Azərbaycan tarixinin mühüm hadisəsi olmaqla yanaşı, dövlətçilik ənənələrin dərin təməllərə dayanaraq, inkişaf etdirilməsinin nöqtəsidir".(sia.az)

AzNews.az