GUAM-a sədrlik 2020-ci ilin yanvarın 1-dən Azərbaycana keçəcək GUAM-a sədrlik 2020-ci ilin yanvarın 1-dən Azərbaycana keçəcək

Əli Əhmədov Kiyevə gedir: GUAM-ın iclası olacaq

GUAM-a sədrlik 2020-ci ilin yanvarın 1-dən Azərbaycana keçəcək

Dekabrın 12-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək.

Bu barədə GUAM-ın Milli Əlaqələndiricilər Şurasından məlumat verilib. Görüşdə Azərbaycanı Baş Nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Ukrayna, Gürcüstan və Moldovanın Baş nazirlərinin iştirak edəcəyi görüşdə 2020-ci ildə Azərbaycanın quruma sədrliyi dövründə həyata keçiriləcək layihələr, GUAM-ın səmərəliliyinin yüksəldilməsi, təşkilat üzvləri arasında əməkdaşlığın iqtisadi tərəfinin inkişafı müzakirə ediləcək.

Qeyd edək ki, GUAM-a sədrlik 2020-ci ilin yanvarın 1-dən Azərbaycana keçəcək.

AzNews.az