Elçin Şıxlı, sən sovet KQB-nin nəzarətində olan “İnturist”in tərcüməçisi olmuş, “Alver” qəzeti buraxmış adamsan... Elçin Şıxlı, sən sovet KQB-nin nəzarətində olan “İnturist”in tərcüməçisi olmuş, “Alver” qəzeti buraxmış adamsan...
  • Tribuna
  • 21 İyun 2020 22:09
  •  19 892

ƏLİ HƏSƏNOVA QARŞI "ARİSTİD KOMPLEKSİ" KEÇİRƏNLƏR BARƏDƏ

Elçin Şıxlı, sən sovet KQB-nin nəzarətində olan “İnturist”in tərcüməçisi olmuş, “Alver” qəzeti buraxmış adamsan...

İsadan öncə 530-468 illərdə yaşamış afinalı dövlət xadimi Aristid açıq məhkəməyə çıxarılmışdı. Xalq onun yaşayıb-yaşamamasına hökm verməli idi. O, özü də camaatın arasında dayanmışdı. Yanında dayanmış adam ölümünə səs vermək istəyəndə təəccüblənir və astadan soruşur: “məgər Aristid belə pis adamdır ki, onun cəzalanmasını istəyirsən?”

Yanındakı adam deyir: “MƏN ONU HEÇ TANIMIRAM, AMMA HARA GEDİRƏMSƏ, ONUN YAXŞI DÖVLƏT ADAMI OLMASINDAN DANIŞIRLAR. BU İSƏ MƏNİ İNCİDİR”!

Sosial-psixologiyada bu kimi yanaşmalar silsiləsi “Aristid kompleksi” adlanır. Populyar bir insanın özlüyündə yaxşı keyfiyyətlərə olması, dövlətə və millətə böyük xidmətlər göstərməsi, milli maraqların ziddinə olan qüvvələr qarşısında prinsipial mövqe sərgilməsi kimi pozitiv xüsusiyyətlər həmin sindrom qarşısında öz aktuallığını itirir. Çünki kütlə heç zaman ədalət kriteriyalarına, sağlam məntiqə söykənən mühakimə aparmır, ancaq və ancaq emosiyalardan çıxış edir. Demoqoqların suladığı meydanda düyünlənmiş yumruqlar havaya qalxandan sonra Aristidin hər cür şəxsi və qrup maraqlarının fövqündə dayanıb bütün bilik və bacarıqlarını öz dövlətinin mənafeyinin qorunmasına yönəltməsi, savaşlarda dəfələrlə ölümlə üz-üzə dayanması kimi gerçəklər öz dəyərini, sadəcə olaraq, itirir. Lap elə bizim müstəqil Azərbaycanda yetişən ən önəmli dövlət adamlarından olan Əli Həsənovla bağlı süni yaradılan gündəmdə olduğu kimi.

Süni gündəmin süni “ana maddə”lərinə geniş toxunmaq istəmirəm. Heç süni imzalara və saxtakar simalara da baş qoşmaq istəməzdim. Zira Azərbaycan mediasının “yumşaq xəzli dələ”si Elçin Şıxlının çəkdiyi “qiyyə"ni sükutla qarşılamaq mümkün deyil.

Ümumən onu deyim ki, Prezident Administrasiyasından ayrıldıqdan sonra Əli Həsənova qarşı mediada irəli sürülən ittihamların hər biri sağlam məntiq, rasional polemika, ədalətli ictimai mühakimə qarşısında bir arqumentlik canı olmayan cəfəngiyyatdır. Məsələn, AZ-TV-nin nənəm yaşında olan bir diktoru o gün deyir ki, məni Əli Həsənovun sifarişi ilə işdən çıxarıblar. Azərbaycan Respublikası kimi mürəkkəb coğrafiyada yerləşən gənc bir dövlətin yüksək ranqlı məmurunun- İlham Əliyevin timsalında son dərəcə işgüzar, dinamik və enerjili bir prezidentin köməkçisinin işi-gücü yox idimi ki, 70-i haqlamış bir televiziya əməkdaşının işdən çıxarılmasını sifariş edə? Bir zamanlar milyonların sevimlisi olan o diktor xanım nədən anlamır ki, artıq yaşlanıb, efir üçün köhnəlib, kanala yeni, gənc, müasir simalar lazımdır? Nədən ən uzağı AZ.TV-nin daxili problemi kimi nəzərdən keçirilməli olan məsələlər Azərbaycan dövlətinin, siyasi hakimiyyətinin ayağına yazılmalıdır?

Aylardır müzakirə gedir, amma hələ bir adam çıxıb isbat edə bilməyib ki, 2013 və 2017-ci ildə Jurnalist Binalarında mənzillərin verilməsi zamanı məhz Əli Həsənov məhz onun haqqını tapdalayıb! Kimdir o adam, çıxsın ortaya, özünü misal çəkərək faktları qoysun ortaya, biz də cəmiyyət olaraq görək ki, məsələn, İlqar Əlfioğlu kimi müasir Azərbaycan jurnalistikasını yaradan adamları qıraqda qoyub məhz o şəxsə ev verilməli idimi? Bəziləri qərar tutub bir redaksiyada üç il davamlı çalışmayıbsa, redaksiya daxilində iddiaçı ola bilməyibsə, özünü imza kimi təsdiq edə bilməyibsə, “fürsət bu fürsətdir, daha bir mənzilə sahib olum” məntiqi ilə dövlətin üstünə cumubsa, Əli Həsənovun bu məsələdə yeganə “suçu” dövlətin şantaj qarşısında boyun əyməyəcək bir təşkilat kimi davranmasına çalışmasıdır. Bəli, Azərbaycanda mənzil almağa layiq- məsələn, Qurban Yaquboğlu, Vüqar Həsənov kimi- jurnalistlər də az deyil və məhz bu cür ləyaqətli həmkarlarımızın ehtiyacını nəzərə alaraq dövlətimiz və prezidentimiz üçüncü binanı tikib. Ancaq həmin binadan ev almağın yolu Əli Həsənov barədə hədyanlar yağdırmaq, bununla faktiki olaraq cari dövrdə mənzil bölgüsünə cavabdehlik daşıyan qurum və məmurları şantaj etməkdən keçmir. Kriteriyalar müəyyən edilsin, müraciət edin, alın, sağlıqla yaşayın, daha Azərbaycan jurnalistlərinə dövlətin sosial dəstəyinin ifadəsi olan bir projeyə niyə çamur atırsınız?

2013-cü ildə 24 yaşı olan biri çıxıb deyir ki, Əli Həsənov mənə qarşı qərəzli olduğu üçün jurnalistlər binasından ev ala bilmədim. 22 yaşında ali məktəbi bitirən və cəmi 2 il stajı olan birinə Əli Həsənov olmasın, başqa bir məmur olsun, hansı təcrübəsi, xidmətləri müqabilində ev verilməli idi axı?

“Əli Həsənova yaltaqlanmadıq, ona görə də bizə mənzil, fəxri ad, KİVDF-nin müsabiqələrində pul mükafatı vermədilər” deyənlər var, “əməkdar jurnalist” adı da alıblar, KİVDF-dən pul mükafatları da! Onsuz da utanan üz yoxdur sizdə, boynunuza alın, meyar yaltaqlanmaq idisə, bu işi görmüsünüz!

Yaxud hay-həşir salırlar: “Mətbuatımızı öldürdülər”. Tamam, gəlin, "o ölünü" dirildək. “Aslan İsmayılov” kod adlı Allahverdi kimilərindən biri də olsun Şeyx Nəsrullah. Əminəm ki, “rəhmətlik qəzet”lərin hər biri qəbirdən çıxanda and-aman edəcək ki, vallah, nə Əli Həsənov, nə onun təmsil olunduğu siyasi hakimiyyət məni gülləbəran edərək qətlə yetirməyib, ölümümün səbəbi elə baş redaktorumun özüdür. Biri savadsız olub, biri tənbəl olub, biri menecer kimi sıfır olub, bir başqası eyş-işrətə meyilli olub, digəri redaksiyaya rəsmi və ya qeyri-rəsmi şəkildə aldığı yardımları kollektivə, yaradıcılığa, tiraja xərcləmək əvəzinə özünə villalar tikdirib, biznes qurub, səyahətə çıxıb...

Biri elə Elçın Şıxlının özü!

Bu həmin Elçindir ki, həqiqətən yaxşı kişi və ustad yazar olan atasının reputasiyasına sığınmaqdan başqa ictimai yaddaşda heç nə ilə qalmayıb. Bir fərd olaraq jurnalistikada kimsən axı sən, Elçin Şıxlı? Sovet KQB-nin nəzarətində olan “İnturist”in tərcüməçisi olmuş, “Alver” qəzeti buraxmış adamsan da, bəlkə yalan deyirəm? Əlinə böyük tirajla keçmiş qəzetləri bərbad hala salmaqdan başqa nə etmisən mediada? Sən deyilsən hələ də AJB sədri ola-ola uzun illər öncə ölmüş bir şəxsin adını təşkilatın saytında sədr müavini kimi saxlayan? Sən deyilsən Ziyalılar Forumunda Rüstəm İbrahimbəyovun İlham Əliyevi “əvəzləməsi üçün” müstəqilliyimizə qarşı qurulan planda əsas icraçılardan biri olan? Şərait yaradıblar, İTV-də bir veriliş aparırsan, adını ANS-dən, Eldəniz Elgündən oğurlamısan, budur da səviyyən! Telejurnalistikadan elementar anlayışı olan hər kəs o verilşin moderatoru kimi nə qədər naşı olduğunu sənin qarşına 10 cümlə ilə qoyar, cınqırını çıxara bilməzsən! Sən əvvəlcə Leyla Yunusla birlikdə Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş qrant layihələrindən danış, KİV DF-dən aldığın paralardan danış... KİVDF-də qanunsuz hallar olubsa, deməli, o qanunsuzluğun içində sən də olmusan, süddən çıxmış ağ qaşıq deyilsən, gözə kül üfürmə!

Birbaşa mənim tabeliyimdə olmasa da, Vasif Həsənli ilə eyni redaksiyada işləmişik, bir insan kimi potensialına, xarakterinə, bir jurnalist kimi yaxşı mənada “qırsaqqız” olmasına- bu jurnalist üçün əslində yaxşı göstəricidir- bələdəm. Zəng edib, suallar ünvanlayıb, Əli Həsənovla söhbətin səs yazısını, yəqin ki, birtərəfli qaydada yayıb. Diqqətlə oxudum, o söhbətdə Əli Həsənovun qurulmasında bir məmur kimi yaxından iştirak etdiyi dövlətin, ömrünün tən yarısı boyunca üzvü olduğu komandanın, sədaqətlə xidmət etdiyi prezidentin təəssübkeşi olmasını şübhə altına alacaq xırda bir nüans belə yoxdur. Amma media sektoru üçün çox önəmli bir çağırış var: Mərd olun, dürüst olun!

Görünür, Elçin Şıxlı kimilərinə yer eləyən də elə budur!

Axı bütün media cameəsi “Ayna-Zerkalo”nu Rauf Talışinskinin əlindən almasından sonra Elçin Şıxlının nə qədər müxənnət bir tip olduğunu yaxşı bilir!

Yoxsa, bütün Azərbaycan, məsələn, “Xəzər TV”-nin hansı şirkətə təhvil verildiyini bilir də, o bilmirmi?

Guya siz bilmirsiniz ki, kimə məxsus olmasından asılı olmayaraq, istənilən sahibkarın kommersiya öhdəlikləri ilə bağlı məlumatların yayılması, ümumiyyətlə, qanunla qadağandır?

Guya siz bilmirsiniz ki, hüquqi şəxslərin fəaliyyəti üçün qanuni hüquqi nümayəndələr məsuliyyət daşıyır?
Guya mən Marsda yaşayıram?

Guya mən bilmirəm ki, Cəlil Məmmədquluzadənin “Quzu” hekayəsində olduğu kimi, bir KİV-i müxtəlif dövrlərdə eyni hakimiyyətə iki-üç dəfə satanlar var?

Bu dünyada o hansı siyasi qüvvədir ki elə, həm kisə-kisə pul verəcək, həm də “məni yıx, sürü” deyəcək? Uzun illər hakimiyyətdə qalan, zəngin idarəçəlik təcrübəsi olan bir siyasi qüvvə deyil, bir özü, bir də qovluğu olan partiya sədri belə verməz sizə o fürsəti!

“İcazəli qəhrəman” olmaq, “hakimiyyət pisdir, amma mən yaxşı oğlanam” rəyi yaratmaq istəyirsiniz?

Unutmayın, bu dünyada heç bir hakimiyyətə “yaxşı oğlan” lazım deyil, yaxşı kadr lazımdır!

Çalışdığı redaksiyada baş redaktorunun ayaqqabasını oğurlayanlar, Fətullah Güləni “xəstə dünyanın təbibi” adlandıranlar, qrant pulları ilə gündə bir rəsmi nikaha girənlər, Putinə məktub yazıb 11-ci işğalçı ordunu yenidən ölkəmizə çağıranlar, özünəoxşamış oğlu ilə birlikdə Kristina Puşau adlı erməni diaspor təşkilatı fəalının tumanının altında gizlənənlər deyil, olmayıb, olmayacaq da o kadrlar!

İki və daha çox üzlü Yanuslara hansı dövlət, hansı hakimiyyət, hansı cəmiyyət etimad göstərər?

Heç cənab prezidentlə bağlı demirəm, onun timsalında nəhəng tarixi şəxsiyyəti müdafiə etməyə nə əxlaqınız, nə intellektiniz çatar, amma ictimai müzakirəyə çıxmış dövlət əhəmiyyətli məsələlərlə bağlı ən azı vətəndaş mövqeyinizi ki ortaya qoya bilərsiniz? Əvvəl guya Əli Həsənova acıq edib yazmırdınız, indi əl-qolunuzu kim bağlayıb?

Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva Bəhram Bağırzadənin sağlıq durumunu şəxsi diqqətində saxlayır, ardınca koronavirus testinin cavablarının bəlli olmadığı zamanlardakı səs yazısı yayılır. Mənmi yaymışam o səs yazısını?

Araz sahilində tikilən su anbarları ilə bağlı Milli Məclisdə təsdiq olunmuş İranla sazişə görə Azərbaycan hakimiyyəti hələ bir yana qalsın, Azərbaycan dövlətinin maraqlarına qarşı “səlib yürüşü” təşkil olunmuşdu, niyə səsiniz çıxmadı? Nə zaman bu prosesin “ideoloq”larından olan Arif Məmmədova qarşı tövr aldınız, biz görmədik? Mənim son 5-6 ildə təkcə Arif Məmmədovun Azərbaycana qarşı fəaliyyəti əleyhinə yazdığım yazılarda əks olunan faktların hər biri sizin topanızın mediadakı çəkisindən ağırdır, nə şüvən salmınız?

Azərbaycan prezidentinin siyasətini savadla, ləyaqətlə, qətiyyətlə müdafiə edənlərə “troll” adı qoyub, ictimai etimadlarını sarsıtmağa cəhd edənlər sizlərsiniz, amma heç o “troll” dediklərinizin klaviaturasının tozunu silməyə belə layiq olmayacaq qədər zəka və şərəf böhranına düçar olmuş zavallılarsınız.

3 il işsiz qaldım, bir dəfə də olsun, prezidentlə, hakimiyyətlə bağlı tərəddüd keçirmədim. Amma bir balaca umduğunuzu almayan kimi, dövləti, hakimiyyəti, yenicə yüksək vəzifələrə irəli çəkilmiş məmurları müxtəlif vasitələrlə şantaj edirsiniz, elə bilirsiniz bunu təkcə mən görürəm? İstər Əli Həsənov olsun, istər bir başqası, vəzifəsini itirə bilər,- bu, prezidentin müstəsna səlahiyyətinə aid məsələ olduğu üçün müzakirə mövzusu belə ola bilməz- ancaq İlham Əliyevin Azərbaycan xalqına bəxş etdiyi misilsiz bir töhfə var- DÖVLƏT AĞLI!

Azərbaycan dövlətinin yüksək məqam sayılan kreslolarında kimin oturmasından asılı olmayaraq, dövlətimiz məhz bu ağılla idarə olunur və olunacaq. Odur ki, bəzilərinin birdəfəlik başa düşməsində yarar var: Əli Həsənovun nə lehinə, nə də əleyhinə yazmaq, danışmaq dövlət üçün heç zaman meyar olmayıb, bundan sonra da olmayacaq. Meyarı prezident özü açıqlayıb.Kim fərqinə vara bilmirsə, öz problemidir.

ZƏRURİ QEYD: Bu statusun yazılmasından çox hörmətli Əli Həsənovun öncədən heç bir məlumatı olmayıb, tamamilə müstəqil iradəmi, şəxsi düşüncələrimi ehtiva edir. Ümumiyyətlə Əli Həsənov şəxsi ilə bağlı mənə hər hansı tövsiyyə heç zaman verməyib.

Taleh Şahsuvarlı