Mersində Media günləri keçirilib

Mersində Media günləri keçirilib

Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda Media günləri keçirilib.

AzNews.az-ın xəbərinə görə, Erdemli bələdiyyəsi, Mersin, Erciyes, Selçuk, Çukurova, Hatay Mustafa Kemal, Akdeniz, Niğde Ömer Halisdemir Universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən “Kızkalesi media günleri” çərçivəsində müxtəlif diskussiyalar, panellər, mükafatlandırma mərasimi təşkil olunub.

Bu il 4-cü dəfə keçirilən Media günlərinə Türkiyə və digər ölkələrdən tanınmış mətbuat nümayəndələri qatılıblar.

Tədbirin ilk günündə keçirilən paneldə çıxış edən Ərdəmli bələdiyyə sədri Mükerrem Tollu fərqli bələdiyyə sistemi tətbiq etməyə çalışdıqlarını deyib. O qeyd edib ki, tədbirin məqsədi regional media mənsublarını bir araya gətirmək, problemlərini müzakirə etməkdir. Panel müzakirələrlə davam etdirilib.

Daha sonra keçirilən yığıncaqda TRT kanalının məşhur xəbər aparıcısı Zafer Kiraz, TRT-dəki “Yüzde yüz futbol” proqramının aparıcısı Ərdoğan Arıkan, “BengüTürk” telekanalının baş direktoru Mətin Özkan çıxış ediblər, sualları cavablandırıblar.

Tədbirdə iştirak edən əcnəbi jurnalistlərin rayon ərazisində ekskursiyası təşkil olunub.

Media günləri bölgələr üzrə fəaliyyət yerli mətbuat orqanlarının və təmsilçilərinin mükafatlandırma mərasimi ilə başa çatıb. Ümumilikdə 40 nominasiya üzrə mükafatlar təqdim olunub.

AzNews.az

image description image description image description image description image description