"Ermənistan iddialarından əl çəkməlidir" "Ermənistan iddialarından əl çəkməlidir"

"Ermənistan sabitlik istəyirsə..." - Binəli Yıldırım

"Ermənistan iddialarından əl çəkməlidir"

"Ermənistan regionda sabitlik istəyirsə, qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır".

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bəyan edib.

B.Yıldırım bildirib ki, əgər Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyirsə, rəsmi Ankaraya qarşı 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkməlidir.

Qeyd edək ki, Türkiyə dəfələrlə 1915-ci il hadisələri barədə həqiqətlərin araşdırılması üçün arxivləri açmağa hazır olduğunu bəyan edib. Həmçinin Ermənistanı bu məsələ ilə bağlı birgə komissiya yaratmağa çağırıb, rəsmi Yerevan bu təklifi qəbul etmir. (Trend)

© AzNews.az