Türkiyə prezidenti hərbi mərasimdə çıxış edib. Türkiyə prezidenti hərbi mərasimdə çıxış edib.

Ərdoğan hayqırdı: “Darmadağın edəcəyik!”

Türkiyə prezidenti hərbi mərasimdə çıxış edib.

AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, İspartadakı hərbi mərasimdə çıxış etmiş Rəcəb Tayyib Ərdoğan türk komandirlərin birliyi ilə Fərat çayının şərqindəki terror yuvalarını darmadağın edəcəklərini açıqlayıb.

O, terrorçu qruplaşmalara tarixdə görülməmiş zərbələr vurulduğunu bildirib.

Ərdoğan hərbi xidmətlə bağlı bədəlli əsgərlik ödəyənlərin çox şey itirdiklərinə diqqət çəkib.

Türkiyə prezidenti ölkəsinin ağır günlər yaşamış olsa da, bu gün də regional və qlobal güc mərkəzlərindən biri kimi tanındığına diqqət çəkib.

“Gülünc səbəblərlə bizə sanksiya tətbiq edənlərə itirən tərəfin onlar olduğunu göstərəcəyik... Bizim üçün bağladıqları hər bir qapıya qarşılıq olaraq, on qapı açağıq”, - deyə R.T.Ərdoğan vurğulayıb.

Nurlan AĞA
AzNews.az