İstanbul Baş konsulluğunda axtarış gerçəkləşdiriləcək. İstanbul Baş konsulluğunda axtarış gerçəkləşdiriləcək.

Baş konsulluqda axtarış başlanır - Qaşıqçı skandalı

İstanbul Baş konsulluğunda axtarış gerçəkləşdiriləcək.

AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, itkin düşmüş jurnalist Camal Qaşıqçı ilə bağlı bu gün axşamüstü Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda ortaq şəkildə axtarış tədbiri həyata keçirilməsi planlaşdırılır.

“Bloomberg” media qurumunun məlumatına görə, Ərəbistan kralı Salman ibn Əbdüləziz daxili araşdırma üçün əmr verib.

Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz telefon danışığı apararaq, olayla bağlı ortaq iş ekspedisiyası qurulmasının vacibliyini vurğulamışdılar.

Nurlan AĞA
AzNews.az