MHP sədri rahib Bransonla bağlı açıqlama verib. MHP sədri rahib Bransonla bağlı açıqlama verib.

Dövlət Baxçalıdan sərt açıqlama: “Bransonun azad edilməsi milləti yaraladı”

MHP sədri rahib Bransonla bağlı açıqlama verib.

AzNews.az beynəlxalq mediaya istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyası (MHP) sədri Dövlət Baxçalı azadlığa buraxılmış rahib Endrü Bransonla bağlı tənqidi fikirlər səsləndirib.

O, nə deyilirsə deyilsin, Branson qərarının milləti yaraladığını bildirib.

“Hamının gözü qabağında Türkiyədən bir yevangelik rahib keçib getdi”, - deyə Baxçalı münasibət bildirib.

MHP sədri casusluqla təqsirləndirilən bir şəxsin cəza çəkməsinin iki ili tamam olmadan sərbəst buraxılmasının ədalət cəhətdən necə izah ediləcəyini sorğulayıb.

O, ABŞ prezidenti Donald Trampla bağlı da sərt fikirlər səsləndirərək, Türkiyənin dəyərini bir rahibə görə müəyyənləşdirən liderə inanmağın mümkün olmadığını deyib.

Nurlan AĞA
AzNews.az