Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyi bitmədən səfirlik tərəfindən müxtəlif tədbirlər həyata keçiriləcək. Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyi bitmədən səfirlik tərəfindən müxtəlif tədbirlər həyata keçiriləcək.

Türkiyə səfiri: “Bu, iki qardaş ölkənin həmrəyliyini göstərir” - ÖZƏL

Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyi bitmədən səfirlik tərəfindən müxtəlif tədbirlər həyata keçiriləcək.

“Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirdik. Bu cür fəaliyyətlərin həyata keçirilməsi 100 illik bitmədən səfirlik tərəfindən davam etdiriləcək”.

Bunu AzNews.az-a özəl açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral dedi. Onun sözlərinə görə, bundan sonra yüzilliklə əlaqədar bəzi kitab tanıtma proqramları, sərgilər və konsertlər təşkil ediləcək:

“Artıq bu işlərin planlanması ilə məşğuluq, həyata keçirdikcə sizlərə də ətraflı məlumat veriləcək. Fəqət, 100-cü il qutlamaları bizim əlaqələrimiz acısından çox önəmlidir. Bu istiqamətdə daha bir fəaliyyətə sahib olacağıq. Bu həftə sonu, ayın 19-da Türkiyədə “Star” neft emalı zavodunun açılışı reallaşacaq. Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr kökünü tarixdən alan qardaşlıq əlaqələridir. Azərbaycan Türkiyənin ən böyük xarici investisiya qoyduğu ölkədir. Xüsusən də qeyri-neft sektoru sahələrinə ən böyük yatırımı məhz Türkiyə edib. Eyni zamanda, Azərbaycan da bu “Star” neft emalı zavodunu açmaqla Türkiyədə ən böyük xarici yatırımçı halına gələcək”.

Səfir Azərbaycan və Türkiyə ordularının birgə əməkdaşlığından da danışdı. Bildirdi ki, 100-cü illə bağlı 15 sentyabrda keçirilən hərbi parad bizim əlaqələrimizin heç unudulmayacaq dönəmin nöqtələrini təşkil edəcək:

“Birgə hərbi paradların keçirilməsi iki qardaş ölkənin gücünü, həmrəyliyini göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də hər zaman vurğulayır ki, Türkiyənin gücü, Azərbaycanın gücüdür, Azərbaycanın gücü də Türkiyənin gücüdür. Biz iki qardaş ölkə olaraq bir-birimizlə həmrəylik içərisindəyik, bir-birimizə qardaşlığın gərəyini göstəririk. Bu çərçivədə hər sahədə olduğu kimi hərbi sahədə də əlaqələrimizi inkişaf etdirməyə çalışırıq”.

Elgün MƏNSİMOV
AzNews.az