Türkiyənin Sivas vilayətində qadın evlənəcəyi şəxsin qızıl-zinət əşyalarını oğurlayıb. Türkiyənin Sivas vilayətində qadın evlənəcəyi şəxsin qızıl-zinət əşyalarını oğurlayıb.

Evlənmək istədiyi qadın 22 minlik qızılı götürdü, aradan çıxdı

Türkiyənin Sivas vilayətində qadın evlənəcəyi şəxsin qızıl-zinət əşyalarını oğurlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, fəhlə, 36 yaşlı Adəm Günəş Sivasda evlənmək üçün qız tapmadığı üçün Ağrı vilayətinə yollanıb. Orada qohumlarının məsləhəti ilə Özgə adlı qadınla tanış olub. Həmin gün qadının ailəsi ilə görüşərək, 22 min lirə (təxminən 6 min manat) “başlıq pulu” verməyə razılaşıb və toy hazırlıqları üçün Sivasa qayıdıb.

Cütlük sentyabrın 17-də Sivasda molla kəbini kəsdirib.

Adəm həyatg yoldaşına 22 min lirəlik qızıl-zinət alıb. Özgə sentyabrın 18-də həmin qızılları götürərək, evdən qaçıb.

Adəm Günəş polisə müraciət edərək, dələduzluğa məruz qaldığını bildirib.

Araşdırma aparılır.

Nigar CƏFƏR

AzNews.az