Bölgədə PKK-ya qarşı əməliyyat davam edir Bölgədə PKK-ya qarşı əməliyyat davam edir

PKK-nın Adıyaman bölgəsi üzrə nümayəndəsi öldürüldü - Kod adı "Zülfikar" imiş

Bölgədə PKK-ya qarşı əməliyyat davam edir

Türkiyənin Adıyaman ərazisində PKK terror təşkilatının bu bölgə üzrə nümayəndəsi öldürülüb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Adıyaman valiliyi yayıb. Məlumata görə, "Zülfikar" kod adlı 34 yaşlı Yusuf Tuncla bərabər daha bir terrorçunun da məhv edildiyi deyilir.

Qeyd edək ki, Yusuf Tunc türk polisləri tərəfindən axtarışda olub. O, bu il avqust ayının 14-də Kömür bölgəsində gercəkləşdirilən hücumun əsas təşkilatçısı sayılırmış.

Adıyaman polis idarəsindən verilən məlumatda deyilir ki, 2 terrorçunun ölümü ilə şəhidlərin qanı yerdə qalmayıb, intiqamları alınıb.

Bölgədə terroristlərə qarşı əməliyyatın davam etdiyi bildirilir.

© AzNews.az