Azərbaycan və Türkiyə prezidentləri açılışda iştirak edirlər. Azərbaycan və Türkiyə prezidentləri açılışda iştirak edirlər.

İzmirdə STAR zavodunun açılışı - CANLI YAYIM

Azərbaycan və Türkiyə prezidentləri açılışda iştirak edirlər.

İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə terrasdan zavodun ərazisinə baxıblar.

Xəbərə görə, dövlət başçılarına STAR neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.

Sonra xatirə şəkli çəkdirilib.

“Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.


***

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (SOCAR Turkey Aegean Refinery) açılış mərasimi keçirilir.

“Report” xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, SOCAR prezidenti Rövnəq Abdullayev, hər iki ölkənin dövlət və hökumət rəsmiləri iştirak edir.

Xatırladaq ki, STAR-ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür.

Zavodda ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək.

****

Xəbər verdiyimiz kimi, Türkiyədə “STAR” neft emalı zavodunun açılış mərasimi başlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-ın Türkiyədəki 6,3 milyard dollarlıq yatırımı olan “STAR” neft emalı zavodunun açılışı İzmirin Əliağa bölgəsində gerçəkləşdirilir.

Mərasimdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Azərbaycan hökumətinin nümayəndələri, əlaqəli qurumların təmsilçiləri, müxtəlif energetika şirkətlərinin rəhbərləri və başqaları iştirak edirlər.

“STAR” Türkiyədəki ilk “Stareteji Sərmayə Təşviqi Sənədi” xüsusiyyətinə sahibdir.

Zavod Türkiyənin emal olunmuş neft məhsullarına olan ehtiyacın 25%-ni ödəyərək, cari kəsiri 1,5 milyard dollar qədər azaldacaq.

****

Prezident İlham Əliyev açılış mərasimində çıxış edib

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmirdə “STAR” neft emalı zavodunun açılış mərasimində çıxış edib.

“Əziz dostlar, bu gün Türkiyə-Azərbaycan qardaşlıq günündə çox gözəl gündür. Burada “STAR”ın təməlini qardaşım Rəcəb Tayyib Ərdoğanla qoyduq. Hədəflərə uğurla çatırıq.

Bu layihənin həyata keçirilməsinin əsas səbəbi Türkiyə və Azərbaycan dostluğu və qardaşlığıdır. Bunların kökündə güclü siyasi iradə dayanır.

Mən bundan çox məmnunam. Bu, mənim 3-cü səfərimdir. Qardaşım Rəcəb Tayyib Ərdoğan isə iki dəfə gəlib.

Çünki biz əsrlər boyu birlikdə yaşadıq. Əvvəlki ay Bakıda qardaşım Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın 100 illiyi ilə bağlı görüşdük”.

****

Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz, xəzinə və maliyyə naziri Berat Albayrak açılışda çıxış ediblər.

AzNews.az Türkiyə mediasına istinadən çıxışlardan hissələri təqdim edir:

Açılış mərasimində çıxış etmiş F.Dönməz regiondakı gücün qardaşlıqla böyüdüləcəyini deyib. O, Türkiyə iqtisadiyyatına olan güvənin bu gün SOCAR-ın sərmayəsi ilə bir daha sübut olunduğunu bildirib.

Xəzinə və maliyyə naziri Berat Albayrak bu layihəyə böyük dəyər verdiklərini açıqlayıb. O, bu layihənin xaricdən asılılığı azaltması xüsusiyyətinə diqqət çəkib.

B.Albayrak “Bu qardaşlığı, Türkiyə və Azərbaycan olaraq, inşallah, qoruyacaq və ən güclü şəkildə uşaqlarımıza, nəvələrimizə ötürəcəyik”, - deyə bildirib.

****

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “STAR” neft emalı zavodunun açılışında çıxış edib.

O, çıxışına 18 oktyabr Milli Müstəqillik Gününü təbrik edərək başlayıb.

R.T.Ərdoğan Azərbaycanla əlaqələrin iqtisadiyyat sahəsində də gücləndirildiyini vurğulayaraq, dünyaya örnək olaraq qiymətləndirilən birliyin bir addım da önə çəkildiyini bildirib.

O, TANAP-dan sonrakı yeni addımlarının bu layihə olduğunu deyib.

Türkiyə prezidenti bu layihənin son 30 il ərzində gerçəkləşdirilən ən böyük real sektor investisiyası olduğunu qeyd edib.

O, Dağlıq Qarabağ məsələsi ilə də bağlı münasibət bildirib.

Ərdoğan Azərbaycan torpaqlarının 20%-nin işğal altında olmasının qəbul ediləcək bir şey olmadığını vurğulayıb.

O, dünya birliyinin bu durumun qarşısında səssiz qalmaması gərəkdiyini qeyd edərək, “Dayan!” deyilməsi lazım olduğunu və mübarizə aparılacağını bildirib.

Nurlan AĞA
AzNews.az