Onlar Çağlayandakı İstanbul Ədliyyə Evinə çağırılıb Onlar Çağlayandakı İstanbul Ədliyyə Evinə çağırılıb

Konsulluğun 15 əməkdaşı dindirilir - SON ANDA

Onlar Çağlayandakı İstanbul Ədliyyə Evinə çağırılıb

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun əməkdaşları "Washington Post" qəzetinin itkin düşən jurnalisti Cemal Kaşıkçıya görə ifadə verirlər.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, konsulluqda çalışan 15 Türkiyə vətəndaşı ifadə vermək üçün Çağlayandakı İstanbul Ədliyyə Evinə çağırılıb. İfadələrin bir neçə prokuror tərəfindən alındığı deyilir.

Qeyd edək ki, Cemal Kaşıkçı oktyabrın 2-də konsulluğun binasına daxil olub və bir daha oradan geri çıxmayıb. Onun konsulluğun içərisində öldürüldüyü ehtimal edilir.

Babək Göyüş

© AzNews.az