Hadisə Türkiyədə baş verib Hadisə Türkiyədə baş verib

Bir nəfər avtomobilini dənizə itələdi və Taksiyə minib getdi

Hadisə Türkiyədə baş verib

Türkiyədə bir gənc oğlan öz avtomobilini dənizə itələdikdən sonra taksiyə minərək ərazidən uzaqlaşıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kireçburnu sahillərində Sarıyer çimərliyində baş verib.

Olayın şahidi olan Tuncer Çanak deyir ki, bir nəfər öz avtomobili ilə sahilə gəlib və yaxınlıqdakı şəxsdən xahiş edib ki, avtomobili ilə onun şəkilini çəksinlər: "Sonra isə avtomobilini dənizə itələdi və taksiyə minib oradan uzaqlaşdı".

Hadisə yerinə xilasetmə qrupları, sahil qoruyucuları və polis əməkdaşları gəlib. Gəncin avtomobili dənizdən çıxarılaraq evaukatora yüklənib.

Babək Göyüş

© AzNews.az