Jurnalist nişanlısı Hatice Cengizlə evə daxil olur Jurnalist nişanlısı Hatice Cengizlə evə daxil olur

Camal Qaşıqçının sonuncu görüntüləri yayıldı

Jurnalist nişanlısı Hatice Cengizlə evə daxil olur

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirildiyi iddia edilən jurnalist Camal Qaşıqçının son görüntüləri yayılıb.

Türkiyə mediasına istinadən xəbər verilir ki, Qaşıqçı ölümündən 7 gün əvvəl Topqapıda ev satın alıb. Öldürüldüyü gün səhər 04:58-də jurnalist nişanlısı Hatice Cengizlə evə daxil olur. Daha sonra mənzilini tərk edən Qaşıqçı nişanlısı ilə yenidən 12:17-də evə qayıdır. Yayılan görüntülərdən 57 dəqiqə sonra isə Camal Qaşıqçı baş konsulluğun binasına daxil olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti Qaşıqçının konsulluğun binasında digər ərəbsitanlı vətəndaşlarla mübahisə etdiyi, mübahisənin davaya çevrilməsindən sonra isə öldürüldüyünü iddia edir. (Qafqazinfo)