"Dəhşətli faciənin günahkarları hələ də yaşayır". "Dəhşətli faciənin günahkarları hələ də yaşayır".

“Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün bütün səylər göstərilməlidir” - Dmitri Savelyev

"Dəhşətli faciənin günahkarları hələ də yaşayır".

Xocalı faciəsinin bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınması üçün bütün səylər göstərilməlidir.

Bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəsinin açılışında deyib.

D.Savelyev bildirib: "Nürnberq məhkəməsi İkinci Dünya Muharibəsi zamanı dinc sakinlərin öldürməsinə əmr verənlərlə bağlı layiqli qərar verdi. Xocalıda isə ddr və aparıcı siyasi postları tuturlar. Hörmətli həmkarlar, biz Xocalı faciəsinin bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınması üçün bütün səyləri göstərməliyik".

Dövlət Dumasının deputatı Kayseridə təhsil alan və abidənin açılışında iştirak edən xarici tələbələrə müraciət edib: "Təhsil almağınızı bitirib, ölkələrinizə qayıdanda, Azərbaycanda 26 il bundan əvvəl törədilən dəhşətli faciə barədə siyasətçilərinizə, deputatlarınıza danışın. Bundan ötrü danışın ki, sizin parlamentlər rəsmi olaraq bu faciəni Azərbaycan xalqının soyqırımı kimi tanısın".(trend.az)

AzNews.az