Bir çox sualların hələ ki cavabı yoxdur Bir çox sualların hələ ki cavabı yoxdur

Bəs Kaşıkçının meyiti haradadır? - Türk jurnalist

Bir çox sualların hələ ki cavabı yoxdur

Nəhayət, Səudiyyə Ərəbistanında jurnalist Cemal Kaşıkçının itməsi olayına aydınlıq gətirdilər. O, doğrudan da öldürülüb. Kaşıkçı ABŞ-da çoxdan yaşayırmış və Səudiyyə krallığını kəskin tənqid edirmiş.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Türkiyədən olan mənbələrin fikrincə, jurnalistə işgəncə veriblər.

"Bəs meyit haradadır? Bir çox sualların hələ ki cavabı yoxdur. Dünyanın başı xarab olmayıb ki? Biz artıq hər şeyi başa düşürük". Bu sözləri Kaşıkçının dostu, türk-ərəb jurnalistləri assosiasiyasının rəhbəri Turan Kışlakçı deyib.

Britaniyanın "Mirror" nəşri isə yazır ki, hər şey konsulun otağında başlayıb. Sonra isə onu qonşu otağa aparıblar və masanın üzərinə uzadaraq qarnına məlum olmayan əşya soxublar.

Türkiyənin "Yeni Şafak" qəzeti bildirir ki, Türkiyənin xüsusi xidmət orqanlarının əlində Kaşıkçının Apple Watch saatında onun barmaqlarının kəsilən zaman qışqırtısının qeydi var. Doğranma prosesinin cəmi 7 dəqiqə ərzində sona çatdığı deyilir.

Medianın yazdığına görə, onun meyitini hissələrə bölüblər. İlkin varianta görə bu "əməliyyatı" Səudiyyə Ərəbistanının Təhlükəsizliyi departamentinin məhkəmə-tibbi ekspertiziyasının rəhbəri Salah Muhammad əl Tubaiqi həyata keçirib.

Ancaq onun meyiti indiyədək tapılmayıb. Bəlkə bu suala Səudiyyə Ərəbistanında həbs edilən 18 nəfər cavab verə bilər.

Babək Göyüş

© AzNews.az

image description