Türkiyə sahillərində batan gəminin sərnişinləri xilas edilib. Türkiyə sahillərində batan gəminin sərnişinləri xilas edilib.

Bodrum sahillərində miqrant qayığı batdı, ölənlər var - FOTOLAR

Türkiyə sahillərində batan gəminin sərnişinləri xilas edilib.

Muğlanın Bodrum şəhərində qanunsuz yollarla Yunanıstanın İstanköy adasına qaçmağa çalışan miqrantların olduğu qayıq batıb.

Dənizin sahilinə çıxan miqrantları polislər və vətəndaşlar xilas etdi.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, səhərə yaxın Gümbet sahilindən yola düşən miqrant qayığı sahildən 50 metr məsafədə batıb. Məlum olub ki, 6 metrlik qayıqda 30 miqrant var imiş. Dənizdə boğulan miqrantlara birinci vətəndaşlar kömək ediblər. Kömək üçün dənizə girən vətəndaşlar dənizdən 3 uşaq, 4 qadın, 5 kişi çıxarıblar.

Milliyətləri hələ də bilinməyən miqrantların qorxulu anları insanları məyus edib. Sahilə yaxın bölgədə olan uşaqlar isə çətinliklə dənizdən çıxarılıb. Bir polis məmurunun balaca qız uşağını dənizdən çıxarmaq üçün etdikləri isə ətrafdakı insanlar tərəfindən narahatlıqla izlənib.

Hadisə yerinə gələn sahil təhlükəsizlik xidməti nümayəndələri və dalğıclar dənizdə axtarış aparıblar.

20 nəfərin xilas edildiyi hadisədə 3 uşağın vəziyyətinin ağır olduğu bildirilib.

Polislər axtarış apararkən sahilə çıxan miqrantları təcili yardım maşını ilə Bodrum Dövlət xəstəxanasına aparıblar.

Hadisədə neçə nəfərin öldüyü isə hələ də məlum deyil.

Pərvanə AĞAZADƏ
AzNews.az

image description image description image description