"Bu, həqiqətən də Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz nümunəsidir" "Bu, həqiqətən də Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz nümunəsidir"

"“Star”ın əsas qazancı mənəvi dəyəridir" - Ərdoğanın baş sözçüsü

"Bu, həqiqətən də Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz nümunəsidir"

Türkiyə prezidentinin baş sözçüsü, sabiq deputat Mehmet Akarca oktyabrın 19-da Türkiyədə açılış mərasimi keçirilən SOCAR-a məxsus “Star” Neft Emalı Zavodunun əhəmiyyətindən danışıb.
Mehmet Akarca "Ölkə.Az"a açıqlamasında bildirib ki, “Star” Neft Emalı Zavodu Türkiyəyə investisiya vəsaiti qoyulan layihələr arasında ən başda gedir:

"Şübhəsiz ki, “Star” Neft Emalı Zavodu həm Türkiyəyə, həm də Azərbaycana böyük iqtisadi qazanc gətirəcək. Bu layihənin əsas qazancı mənəvi dəyəridir. Çünki “Star” Neft Emalı Zavodu iki qardaş ölkənin dostluğunun göstəricisidir. Bizim üçün bu layihə mənəvi baxımdan daha əhəmiyyətlidir".
Baş sözçü deyib ki, “Star” Neft Emalı Zavodu dünya çapında çox böyük müəssisədir:

"Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə bu zavodun açılması bütün Türk dünyasının sevincinə səbəb olub. SOCAR-a məxsus olan “Star” Neft Emalı Zavodu dünya əhəmiyyətli layihədir. Bu, həqiqətən də Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz nümunəsidir. Dünya əhəmiyyətli "Star" Neft Emalı Zavodunun açılışı ilə həm Türkiyə, həm də Azərbaycan dünyada tanınacaq. Ona görə də bu zavodun açılışı bütün Türkiyəni məmnun edir".