"Türkiyə Qaşıqçı işinə görə Ər-Riyad ilə münasibətlərin pisləşməsini istəmir". "Türkiyə Qaşıqçı işinə görə Ər-Riyad ilə münasibətlərin pisləşməsini istəmir".

“Ər-Riyad ilə münasibətlərin pisləşməsini istəmirik” - Ərdoğanın sözçüsü

"Türkiyə Qaşıqçı işinə görə Ər-Riyad ilə münasibətlərin pisləşməsini istəmir".

Türkiyə müxalifətçi jurnalist Camal Qaşıqçının öldürülməsinin Səudiyyə Ərəbistanı ilə münasibətlərin pisləşməsinə səbəb olmasını istəmir.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın jurnalistlərə bildirib.

İ.Kalın deyib: "İctimaiyyətdən gizli heç nə olmayacaq, bizim əsas məqsədimiz - hər şeyin araşdırılmasıdır. Heç bir ləkənin qalmaması üçün Səudiyyə Ərəbistanı ilə birgə işləmək lazımdı. Amma biz istəmirik ki, bu, çox sayda layihələrimiz və əməkdaşlıq sahələrimiz olan Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin üzərinə kölgə salsın. Səudiyyə Ərəbistanı bizim üçün qardaş ölkədir, ona görə də proses çox həssas gedir".(trend.az)

AzNews.az