Camal Qaşıqçının cəsədinin tapıldığı barədə xəbər yayılıb. Camal Qaşıqçının cəsədinin tapıldığı barədə xəbər yayılıb.

Qaşıqçının cəsədi tapıldı! - Son dəqiqə

Camal Qaşıqçının cəsədinin tapıldığı barədə xəbər yayılıb.

AzNews.az xəbər verir ki, bu barədə Çinin “Xinhua” informasiya agentliyi son dəqiqə məlumatı olaraq iddia yayıb.

Digər tərəfdən isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da AK Partiyadakı çıxışında Qaşıqçı ilə bağlı danışıb.

Onun cinayətlə bağlı məlumatları xronoloji olaraq sadaladığı ilə əlaqədar xəbər verilir.

Qeyd edək ki, Qaşıqçı 2 oktyabrda yerli vaxtla 13:00-da sənədləşmə işləri ilə əlaqədar konsulluğun binasına girdikdən sonra bir daha oradan çıxmayıb.

****
16:42

AzNews.az dünya mediasına istinadən xəbər verir ki, Britaniyanın "Sky News" kanalı da Camal Qaşıqçının cəsədinin tapıldığı barədə məlumat yayımlayıb.

Media qurumu Qaşıqçının cəsədinin konsulluğun həyətində tapıldığını iddia edib.

Qeyd edək ki, bundan əvvəl "Sinxua" informasiya agentliyi də jurnalistin meyitinin tapıldığı haqda məlumat yayıb.

Lakin xəbərlərin heç birində faktı sübut edən detal göstərilmir.

Nurlan AĞA
AzNews.az