“Star” neft emalı zavodu ilk özəl sənaye bölgəsi elan edildi “Star” neft emalı zavodu ilk özəl sənaye bölgəsi elan edildi

“Star” Avropanın ən müasir zavodu olacaq” - Adnan Bulut

“Star” neft emalı zavodu ilk özəl sənaye bölgəsi elan edildi

Türkiyə mediasında bu günlərdə açılışı olan “Star” neft emalı zavodu ilə bağlı yazıların dərci davam edir. Zavodun açılışını geniş işıqlandıran yerli KİV bu hadisənin ölkə üçün əhəmiyyətini diqqətə çatdırır.

“Star” neft emalı zavodu ilk özəl sənaye bölgəsi elan edildi

AzNews.az-ın xəbərinə görə, “Aksam.com.tr” saytındakı “Star” neft emalı zavodu ilk özəl sənaye bölgəsi elan edildi” başlıqlı yazıda bildirilib ki, İzmirin Aliağa rayonunda açılan zavod Türkiyənin rəsmi qəzetində dərc edilən qərarla ölkədə ilk özəl sənaye bölgəsi elan edilib. Şirkətin 2 milyard dollara çatacağı gözlənilən yeni investisiyaları sürətlə və bürokratik maneələr olmadan həyata keçiriləcək.

Sənaye və texnologiya naziri Mustafa Varank bildirib ki, "Star” neft emalı zavodunun dizel, qırıcı təyyarə yanacağı, nafta, maye qaz məhsulları xarici ticarət kəsirini illik 1,5 milyard dollar azaldacaq.

“Yurtgazetesi.com.tr”dəki “Can Azərbaycan bu investisiya ilə Türkiyəyə can suyu verdi” başlıqlı yazıda isə Türkiyə və Azərbaycan münasibətlərindən bəhs edən müəllif Adnan Bulut “Star” neft emalı zavodunun açılışına da toxunub: “Qardaş Azərbaycanla münasibətlərdə gəldiyimiz nöqtəyə baxsaq, görərik ki, bu ölkə müstəqillik əldə etdikdən sonra bir çox sahədə inkişaf etdi, həm gəlirləri, həm də gücü artdı. Azərbaycan artıq dünya səhnəsinin önəmli bir aktoru oldu. Həm nefti, həm də təbii qazı var. Hamısından önəmlisi, inanan və uğura and içən bir xalq gücü var”.

Bu günlərdə İzmirdə təşkil olunan açılış mərasiminin də diqqəti cəlb etdiyini deyən müəllif yazır ki, orada ay-ulduzlu Azərbaycan və Türkiyənin iki bayrağı yan-yana dalğalanıb: “Azərbaycan Dövlət Neft Şirkəti-SOCAR-ın iştirakı ilə SOCAR Türkiyə tərəfindən inşa edilən “Star” neft emalı zavodunun açılışını prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev birlikdə həyata keçirdilər. Zavod hər il neft qiymətlərinə bağlı olmaqla birlikdə 6-8 milyard dollar bir ticarət həcmi yaradacaq. Türkiyədə ilk dəfə təmizləyici neft-kimya inteqrasiyasını quran obyekt Avropanın ən müasir müəssisəsi olacaq”.

Müəssisədə xam neftin səmt qazı əldə etmədən birbaşa yüksək əlavə dəyərli məhsullara çevriləcəyini, bu xüsusiyyəti ilə Avropada 3 zavoddan biri olduğunu qeyd edən müəllif göstərir ki, Türkiyə idxalda 40 faiz azalma ilə ildə 2 milyard dollar qazanc əldə edəcək: “Belə bir müəssisəni iqtisadi problemləri olan Türkiyənin təkbaşına qurması mümkün deyildi. Can Azərbaycan bu investisiya ilə Türkiyəyə can suyu verdi. Prezident İlham Əliyevin son dövrlərdə Türkiyəyə dair qiyməti olmayan dostluq əlini uzatmasını türk dünyası qətiyyən unutmayacaq”.

O da vurğulanır ki, Bakı-Tbilisi-Qars boru xətti illərdir fəaliyyətdədir və Dəmir İpək Yolu hazırda açılıb. Artıq Bakıdan Tbilisiyə və Qarsa uzanan bir dəmir yolu var. Asiya qitəsi Qars üzərindən dəmir yolu ilə Anadoluya bağlanır. Anadolunu dəmir yolu ilə başdan-başa keçərək Avropa və Afrikaya uzanır.

Digər layihəyə gəldikdə isə qeyd edilir ki, Trans Anadolu Təbii qaz xətti (TANAP) Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya daşıyır: “TANAP ölkəmizin təbii qaz ehtiyacının 12 faizini ödəyir. 1850 kilometrlik xətt Ardahan Posofdan ölkəmizə daxil olur, Edirne Keşanda başa çatır. Digər önəmli bir məlumat isə odur ki, iki qardaş ölkə ortaq bir peyk layihəsi üzərində çalışır”.

© AzNews.az

image description