"Avtomobilim orada xəstə gözləyir, insan olsanız, anlayarsınız" "Avtomobilim orada xəstə gözləyir, insan olsanız, anlayarsınız"

Fatih Altaylının başı dərddə- Onu 4 ilədək həbs gözləyir

"Avtomobilim orada xəstə gözləyir, insan olsanız, anlayarsınız"

Türkiyənin məşhur teleurnalisti Fatih Altahlı öz avtomobili İstanbulun Nişantaşında park edən zaman polislə mübahisə edib. Bu olay İstanbulun Baş Prokurorluğu tərəfindən araşdırılıb və jurnalist haqda 1.8 ildən 4.4 ilədək həbs tələbi ilə iddianamə hazırlanaraq məhkəməyə göndərilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistlə polis məmuru arasında insidentin oktyabr ayının 16-da saat 11.30 radələrində baş verdiyi deyilir.

Bəli ki, içərisində çəkiliş qrupunun olduğu avtomobili sürücü Kenan Güngör İpekçi küçəsində qadağan olan ərazidə saxlayıb. Polis məmuru Abdullah Kesercioğlu həmin vaxt ərazidə xidmət edirmiş. O, sürücüyə "Burda saxlamaq olmaz" sözləri bildirib. Qarşı tərəf isə cavabında "Avtomobil jurnalist Fatih Altaylıya məxsusdur, cəza yaza bilməzsən" deyib.

Altaylı isə polisə bu sözləri bildirib: "Avtomobilim orada xəstə gözləyir, insan olsanız, anlayarsınız".

Daha sonra onlar arasında mübahisə qızışıb və nəticədə jurnalist haqda iddianamə hazırlanıb.

Babək Göyüş

© AzNews.az

image description image description