Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçiriləcək seçkilərlə əlaqədar iclas keçirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçiriləcək seçkilərlə əlaqədar iclas keçirib.

Ərdoğan qapalı iclas keçirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçiriləcək seçkilərlə əlaqədar iclas keçirib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan martda baş tutacaq seçkilərlə bağlı prezident aparatında AKP-nin sözçüsü Ömər Çəlik, sədr müavini Numan Qurtulmuş və yerli hakimiyyət orqanlarından məsul sədr müavini Mehmet Özhaseki ilə görüşüb.

Prezident axşam saatlarında mətbuata qapalı keçirdiyi iclasda AKP-nin 31 mart 2019-cu ildə keçiriləcək Bələdiyyə seçkiləri ilə bağlı işləri müzakirə edib.

Ərdoğanın MHP rəhbəri Dövlət Baxçalının patiyasının iclasında “ittifaq”la əlaqəli dediklərini dəyərləndirdiyi də öyrənilib.

Pərvanə AĞAZADƏ
AzNews.az