Səudiyyə hökumətinin Qaşıqçı olayının ört-basdır edilməsi üçün Türkiyəyə rüşvət təklif etdiyi bildirilir. Səudiyyə hökumətinin Qaşıqçı olayının ört-basdır edilməsi üçün Türkiyəyə rüşvət təklif etdiyi bildirilir.

Səudiyyə Ərəbistanı rüşvət təklif etdi, Ərdoğan geri qaytardı - Dünyanı çalxalayan xəbər

Səudiyyə hökumətinin Qaşıqçı olayının ört-basdır edilməsi üçün Türkiyəyə rüşvət təklif etdiyi bildirilir.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ-ın tanınmış “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin iddiasına görə, Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçı olayının ört-basdır olunması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana siyasi rüşvət təklif edib.

Hökumətin bunu Məkkə əmiri Xalid Əl-Faysal vasitəsilə etdiyi bildirilir.

R.T.Ərdoğan isə əsəbləşərək, bu təklifi sərt şəkildə geri çevirib.

Qeyd edək ki, kral Salmanın ən yaxın adamlarından olan Faysal oktyabrın 11-də Türkiyə prezidentinə Səudiyyə liderinin mesajlarını çatdırmışdı.

Nurlan AĞA
AzNews.az