Terrorçuların silah-sursat anbarı və sığınacağı məhv edilib. Terrorçuların silah-sursat anbarı və sığınacağı məhv edilib.

Türkiyə ordusu 38 PKK-çını məhv etdi

Terrorçuların silah-sursat anbarı və sığınacağı məhv edilib.

Türkiyə Hərbi Hava Qüvvələri son 3 gündə İraqın şimalında PKK-nın onlarla terrorçusunu zərərsizləşdirib.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi "Twitter"də bildirib.

Məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri əməliyyatları İraqın Zap, Avaşin-Basyan, Qara, Hakurk və Haftanin rayonlarında keçirib. Əməliyyatlar nəticəsində 38 terrorçu zərərsizləşdirilib. Habelə terrorçuların silah-sursat anbarı və sığınacağı məhv edilib.

1984-cü ildə meydana çıxan PKK Türkiyə vətəndaşlarına, o cümlədən dövlət orqanlarının əməkdaşlarına qarşı terror aktları həyata keçirir.(report.az)

AzNews.az