Qaziantepdə öldürülən Mahmud Erdemin də qətlində onun günahı olduğu sübuta yetirilib Qaziantepdə öldürülən Mahmud Erdemin də qətlində onun günahı olduğu sübuta yetirilib

8 il əvvəl qızını öldürdü - yol qəzasına düşəndə yaxalandı

Qaziantepdə öldürülən Mahmud Erdemin də qətlində onun günahı olduğu sübuta yetirilib

Türkiyənin Mersin şəhərinin Tarsus yaşayış məskənində 8 il əvvəl bir bağçada asılı vəziyyətdə ölü tapılan Özlem Çınarın qatili ələ keçirilib. Qatil isə qızın doğma atası olub. O, yol qəzasından sonra yaxalanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, 22 yaşlı Özlem Çınarın cəsədi Tarsusda 2010 -cu il fevral ayının 25-də bir bağçada ağacdan asılı vəziyyətdə tapılıb.

İllər əvvəl Şanlıurfadan Tarsusa köçən Mahmud Erdem 21 fevral 2010-cu ildə xalasının qızı, evli Özlem Çınarla qaçaraq Qaziantepə gedib. Ailələri onları bu şəhərdə tapıblar. Qaziantepə gələn gənc qızın yaxınları və qardaşı A.Ç. söhbət etmək bəhanəsi ilə Mahmud Erdemi 33 PY 323 nömrəli avtomobillə Qaziantep-Şanlıurfa magistralının 5-ci kilometrinə aparıblar. Bir neçə nəfər Mahmud Erdemi tutub, qardaşı A.Ç isə onu bıçaqlaraq öldürüb.

Polislər cinayəti törədənlərin hamısını sonradan ələ keçirib.

Özlem Çınar isə itkin düşüb. Polislər onu axtarmağa başlayıblar. Nəticədə bir baxçada ölü tapılıb.

Qızın atası H.Ç. bu il noyabrın 10-da Yenicə məhəlləsində baş verən qəzada Abdulkadir Ç. adlı bir nəfərlə yaralı halda Mersində xüsusi bir xəstəxanaya aparılıb.

Yaralıların şəxsiyyətləri ilə bağlı araşdırmalarda məlum olub ki, H.Ç. 2010-cu ildə ölü tapılan Özlem Çınar adlı qızın atasıdır.

H.Ç.-nin Qaziantepdə öldürülən Mahmud Erdemin də qətlində günahı olduğu sübuta yetirilib. Nəticədə qatil ata xəstəxanada nəzarət altına alınıb.

Babək Göyüş

AzNews.az

image description image description